"Kənd Təsərrüfatı Nazirliyi konkret tədbirlər hazırlamalıdırlar” - Deputat

img

04-03-2016 [17:59]


"Hər il dövlət büdcəsindən 300 milyon manatdan çox vəsait ərzaq alınmasına ayrılır ki, bunun da 90%-i məhz ölkədə istehsal olunan məhsullardır"

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Ziyad Səmədzadə Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Deputatın sözlərinə görə, "Dövlət satınalmaları haqqında” qanuna 2.1-ci maddə əlavə edilib. Bu maddəyə əsasən, ərzaq məhsullarının (Dövlət Taxıl Fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşmiş qaydada satın alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir:

"Bu düzəlişin edilməsi ölkədə sahibkarlığın inkişafı, aqrar sektorun səmərəliliyinin artırılması üçün kifayət qədər möhkəm baza yaradacaq. Hər il dövlət büdcəsindən 300 milyon manatdan çox vəsait ərzaq alınmasına ayrılır ki, bunun da 90%-i məhz ölkədə istehsal olunan məhsullardır. Əgər biz digər qapalı təşkilatları, iri səhmdar cəmiyyətləri də nəzərə alsaq, ərzağın alınmasına hər il bu göstəriləndən 2-3 dəfə çox vəsait sərf olunur. Vəsaitlərin mərkəzləşmiş qaydada qeydə alınması, onun sisteminin yaradılması, müvafiq iqtisadi mexanizmlərinin, qaydalarının nəzərə alınması Azərbaycanda milli iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək. Regionlarda pul dövriyyəsinin, əhalinin gəlirlərinin artmasına imkan yaradacaq. Kənd Təsərrüfatı Nazirliyi müvafiq yerli icra strukturları ilə birlikdə bu prosesin təkmilləşməsi üçün konkret tədbirlər hazırlamalıdırlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA