03-03-2016 [21:24]
Azər Həsrət, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü
Mətbuat Şurasının qurulmasının 13 illiyi tamam olur bugünlərdə. Media əhlinin yaxşı yadındadır. 2003-cü ilin 15 mart günü gecədən xeyli keçənədək davam edən səs-küylü qurultayda təsis edilmişdi Şura.
Ziddiyyətlər vardı, qalmaqallarla zəngindi bu qurumun meydana gəlmə sürəci. Amma zamanla o qalmaqallar arxa plana keçdi, səs-küy də yerini təmkinə, qarşılıqlı anlaşma və müzakirələrə verdi.
Bu gün Mətbuat Şurası media və ictimaiyyət arasında körpü rolunu uğurla oynamağı bacaran bir avtoritet-təşkilatdır artıq. Ona istər ən yüksək səviyyədə – Prezident İlham Əliyev tərəfindən, istərsə də xırda çaplı məmurlar, tanınmış simalar tərəfindən etimad var. Bu da təsadüfi deyil. Çünki Şura bu 13 illik fəaliyyəti dönəmində həqiqətən durmadan çalışıb, qapıları hər kəsin üzünə açıq olub, ortaya çıxan istənilən problemi tərəfləri razı salacaq şəkildə həll etməyi bacarıb.
Bəndəniz də Şuranın fəal qurucularından biri olub. MŞ-nın qurulması üçün fəaliyyət göstərən təşkilat komitəsindən tutmuş onun sonrakı fəaliyyətinə qədər bütün işlərdə fəal olmuş birisiyəm.
Bu gün də MŞ İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərirəm və xeyli vaxtdır bəzi müşahidələrimi qələmə almaq haqqında düşünürəm.
Nədir o müşahidələr? Təbii ki, çoxdur. Amma bu gün üzərində durmaq istədiyim bir məsələ var ki, artıq ictimailəşdirməyin zamanı çatıb.
Şikayətlər komissiyasının da üzvü olduğum üçün tez-tez fərqli insanların şikayətlərini gözdən keçirməli, onlarla bağlı fikir bildirməli oluram. Diqqətimi çəkən məqam budur ki, kiçik çaplı məmurlar MŞ-na müraciət etməyə üstünlük verirlər.
Bu, əslində yaxşıdır. Çünki onlar MŞ yerinə məhkəmələrə də üz tuta bilərlər və nəticədə jurnalistlər, həm də ölkənin imici zərər görə bilər.
Özəlliklə də icra başçıları mediayla yaranan problemlərini MŞ müstəvisində həll etməyə üstünlük verirlər ki, bunu da müsbət hal kimi qəbul edirik.
Amma bir çox hallarda problem kimi təqdim edilən qarşılıqlı anlaşılmazlığın baiskarının da məhz icra başçıları, onların idarələri olduğunu fərq edirik.
Sırasıyla.
Şikayətlərin araşdırılması zamanı bəlli olur ki, jurnalistlər icra hakimiyyətlərinə yönəltdikləri sorğulara normal cavab ala bilmirlər. Bir problem haqqında araşdırma aparmaq istədikləri zaman zəng edirlər, görüşürlər, amma nəticə olmur. Bunun əvəzində isə şirnikləndirici təkliflər, "mən ölüm, sən öl” girir araya. O da alınmayanda haradansa kimisə tapıb minnətçi salırlar. Hətta bunu MŞ vasitəsilə etməyə çalışırlar.
Bütün bunlar tükəndikdən, dil tapa bilmədikdən sonra MŞ-na rəsmi şikayət edirlər. Biz, əlbəttə ki, o şikayətləri geri çevirmirik. Araşdırırıq, baxırıq. Qarşılıqlı barışıq təklif edirik. Bugünədək xeyli şikayət olub ki, tərəflər MŞ-nın rəsmi qərarı olmadan anlaşıblar, ya təkzib verilib, ya da qarşı tərəfin mövqeyi işıqlandırılıb.
Ən önəmlisi isə odur ki, MŞ məmurlara, dövlət qurumlarının təmsilçilərinə davamlı olaraq tövsiyə edir ki, mətbuat xidmətlərinin işini səliqəyə salsınlar. Bu xidmətlər normal işlərsə, narazılıq üçün əsas da qalmaz. Amma işləmirlər. Özəlliklə də rayon icra hakimiyyətlərinin mətbuat xidmətləri.
Lakin sözüm bunda deyil. Başqa bir məsələdədir ki, onun haqqında hər iclasda fikrimi bildirirəm.
Özəlliklə rayon icra hakimiyyətlərinin başçıları şikayətçi olurlar. Şikayətlərində iddia edirlər ki, hansısa jurnalist onların şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzuna zərbə vurub. Şikayət qəbul edilir, tərəflər dinlənilir, uyğun qərarlar verilir. Adi qaydadır yəni. Sadəcə bir məsələni anlamaqda çətinlik çəkirəm: bu məmurların əksəriyyəti ən adi tənqidə görə də şikayətçi olurlar. Tutarqaları da budur ki, yazılan yazılar onları gözdən salır, xalq arasında nüfuzlarına zərbə vurur və s.
Elə məsələ də bundadır.
O məmurların təmsilçilərinə bir qayda olaraq sual verirəm ki, "bəs, cənab Prezident haqqında da gözdənsalma yazıları yazılanda belə sərt reaksiyanız olurmu”. Cavab verməyə nəinki çətinlik çəkirlər, ümumiyyətlə cavab verə bilmirlər. Düzdür, bəziləri izah etməyə çalışır ki, Prezidentin şərəf və ləyaqəti qanunla qorunur, nəsə olarsa buna görə Ədliyyə Nazirliyi tədbir görə bilər və s. Mən də soruşuram ki, bugünədək cənab Prezidentin hansısa jurnalisti, media qurumunu nəinki məhkəməyə verdiyini, ümumiyyətlə bununla bağlı çıxışlarında belə tənqid etdiyini görmüsünüzmü? Adamlar xatırlaya bilmirlər.
Sözümün canı da elə budur. Necə olur ki, bu boyda ölkənin bir nömrəli şəxsi özü barəsində hər gün yazılan tənqidlərə fövqəladə təmkinlə yanaşa bilir, ancaq hansısa rayonun icra başçısı ildə bir dəfə üzləşdiyi tənqidə görə şikayətçi düşür? Məgər məmur olan şəxslər Prezidentdən daha artıqdırmı? Yaxud da Prezidentin komandasının yerlərdəki təmsilçisi olan bu şəxslər ondan örnək almalı, onun kimi davranmalı deyilmi? Əlbəttə, elə olmalıdır. Amma olmurlar, ola bilmirlər, olmaq istəmirlər.
İndi kimsə bu yazını oxuyub deyə bilər ki, xırda məmurların şikayət etdikləri normal jurnalistlər deyil, reketlərdir. Mümkündür və bir çox hallarda belədir. Amma o reketləri də axı həmin məmurlar bəsləyir. Əgər məmur olaraq mediayla normal münasibət qursan, işində şəffaflığı təmin etsən hansı reket cürət edib sənin qapını döyə bilər? Medianın üz qarası olan heç bir reket jurnalist işinə məsuliyyət və vicdanla yanaşan heç bir məmura dov gələ bilməz!
Bugünlərdə sosial şəbəkələrdə bir fikrə rast gəlmişdim. Müəllifini unutmuşam, amma deyim yadımda qalıb. Sual edilir ki, niyə bu reket jurnalistlər ASAN xidmətdən rüşvət tələb edə bilmir? Məntiqli sualdır, deyilmi? Doğrudan da, bu böyük və geniş xidmətdən niyə heç kim rüşvət almaq haqqında düşünmür belə?
Çox sadə səbəbdən. ASAN xidmət ictimai əlaqələri o qədər şəffaf və yüksək səviyyədə təmin edir ki, artıq suallar üçün yer qalmır. Eyni zamanda bu xidmətdə bugünədək heç bir rüşvət, görüm-baxım, mənfi hal olmayıb. Ölkənin ən şəffaf və ən təmiz qurumu olaraq çalışır ASAN xidmət. Ona görə də nə kimsə onların şərəf və ləyaqətini alçaldır, nə də bəzi icra başçılarının iddia etdiyi kimi, işgüzar nüfuzuna xələl gətirir.
Yəni icra başçıları da, digər xırda məmurlar da özləri haqqında müsbət rəy formalaşdırmaq, tənqid edilməmək istəyirsə, gərək mətbuata açıq olsunlar. Tənqid edildikləri zamansa buna Prezident İlham Əliyev qədər təmkinli yanaşsınlar. Problemin həlli bu qədər sadədir.
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."