AtaBank-a yeni sədr təyin edildi

img

03-03-2016 [16:52]


AtaBank-ın rəhbərliyində ciddi kadr dəyişikliyi olub.

Bankdan verilən məlumata görə, Müşahidə Şurasının 26.02.2016-cı il tarixli, 06 saylı protokolunun qərarına əsasən, Quliyev Dəyanət Namiq oğlu "AtaBank” ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. İnzibatçının Mərkəzi Bankda təyinatı ilə əlaqədar olaraq, hazırda E.Babaşlı bankın İdarə Heyətinin sədr əvəzi funksiyasını yerinə yetirir.

D.Quliyev 2014-cü ilin sentyabr ayından "Synergy Group” ASC-də rəhbər vəzifələrdə çalışıb. O, əvvəlcə Müşahidə Şurasının sədri olaraq işə başlayıb, daha sonra İdarə Heyətinin sədri olub. 2015-ci ilin dekabr ayından İdarə Heyətinin ləğvi ilə əlaqədar Müşahidə Şurasının sədri təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA