"...camaatı niyə dolamısınız" - İqtisadçıdan Elman Rüstəmova cavab

img

26-02-2016 [23:49]


Tanınmış iqtisadçı Natiq Cəfərli Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun 3-cü devalvasiya ilə bağlı fikirlərinə münasibət bildirib.

Mia.az N.Cəfərlinin fikirlərini olduğu kimi təqdim edir: "Elman Rüstəmov özünü də, təmsil etdiyi çox vacib dövlət institutunu da gülüş hədəfinə çevirib. Adam deyir ki, 3-cü devalvasiya olmayacaq, həm də qeyd edir ki, ölkədə "üzən məzənnədir”. Ay müəllim, bu yetim manat "üzürsə”, nə bilirsiniz hara qədər "üzəcək”?! Yox, "üzmürsə”, məzənnə inzibatidirsə, camaatı niyə dolamısınız, deyin ki, bizdə məzənnə inzibati qaydada tənzimlənir, kefimiz istədiyi həddə müəyyən olunur, bunun heç bir iqtisadi əsası yoxdur, çünki ölkədə zatən iqtisadiyyat yoxdur. Ciddi olun, Mərkəzi Bank çox vacib dövlət institutudur, gözdən salmayın, onsuz da ölkədə əllə tutulacaq, gözlə görüləcək, istinad ediləcək, güvəniləcək bir institut qoymadınız".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA