24-02-2016 [17:18]
Fevralın 28-dən etibarən, Qırğızıstanda ipoteka və istehlak kreditlərinin xarici valyutada verilməsi qadağan edilir. Oxşar addımlar bu və ya digər şəkildə Rusiyada, Belorusda, Qazaxstanda da atılıb. Təbii olaraq Azərbaycanda da xarici valyutada kreditin verilməsinə qadağa məsələsi gündəmə gəlib.
Mia.az xəbər verir ki, bununla bağlı fikirlərini bölüşən tanınmış iqtisadçı Samir Əliyev deyib ki, belə qadağaların səbəbi aydındır. Çünki milli valyutaların dəyərsizləşməsi valyuta krediti götürən müştərilərin ödəmə qabiliyyətini çətinləşdirir, hətta bir sıra hallarda bunu mümkünsüz edir, bankların aktivlərini pisləşdirir. İqtisadiyyatın dollarlaşması isə ölkənin xarici təzyiqlərə müqavimətini azaldır:
"Ölkədə 2015-ci ilin sonuna xarici valyutada olan kreditlərin həcmi 10,7 milyard manat olub ki, bunun da 3 milyard manatı istehlak kreditlərinin payına düşür. Bu qədər vəsaitin hansı hissəsinin banka qayıda biləcəyi artıq sual doğurur. Həmin vəsaitin müəyyən hissəsi indidən ümidsiz borc sayıla bilər. Vacib olaraq vurğulamaq istəyirəm ki, valyuta kreditlərinin ödənməməsi problemi çox ciddi məsələdir və həllini tapmalıdır. Onun bankların və əhalinin üstünə atılması düzgün deyil. Çünki bunun fəsadları təkcə bank sektoru üçün yox, həm də ümumilikdə ölkənin makroiqtisadi sabitliyi üçün ağır nəticələrə gətirib çıxara bilər".
Azərbaycanda xarici valyutada kredit verilməsini qadağan etmək lazımdırmı? Bu, nə qədər səmərəli addımdır?
Samir Əliyev deyir ki, bu suala birmənalı cavab vermək çox çətindir:
"Çünki ortada vətəndaşların, bankların və ölkə iqtisadiyyatının mənafeyinə təsir edəcək bir surum var. Məsələyə ancaq mövcud problemin həlli kontekstində baxmaq olmaz. Problem həm dərindir, həm də təcili həll tələb edir. Hər bir halda hökumət qarşısında duran vəzifə iqtisadiyyatın dollarlaşmasını səngitmək və valyuta kreditləşməsinin payının azaldılması istiqamətində səylər gücləndirilməlidir. Bunun üçün iqtisadi alətlərlə yanaşı inzibati mexanizmlərdən istifadə edilə bilər. Ancaq bu metodlar yalnız qadağalara köklənməməlidir, daha yumşaq formada seçilməlidir, yəni müəyyən məhdudiyyətlərə əsaslanmalıdır. Xarici valyutada kreditlərin verilməsinin qadağan edilməsi ideyası müştərilər üçün cəlbedici olsa da ümumilikdə çıxış yolu deyil və bankların fəaliyyətində problemlər yarada bilər".
İqtisadçı bildirib ki, göstərilən hala görə hökumət qadağa tətbiq etməzdən öncə mümkün məhdudiyyət imkanlarını nəzərdə keçirməlidir:
"Məhdudlaşdırıcı tədbirlər aşağıdakılar olar bilər:
1. Xarici valyutada gəlirləri olmayan müştərilərə valyuta kreditlərinin verilməsinin müvəqqəti qadağan edilməsi. Bu qadağa daimi yox müvəqqəti olmalıdır. Yəni vəziyyətdən asılı olaraq 1-3 il müddəti əhatə edə bilər.
2. Fiziki və hüquqi şəxslərdən cəlb edilmiş və xarici valyutada olan vəsaitlər üzrə məcburi ehtiyat normasını 0,5%-dən 5%-ə qaldırılması
3. Xarici valyutada kredit verilməsinə qadağanın ancaq ipoteka kreditlərinə şamil edilməsi.
4. Risk dərəcəsi üzrə ölçülmüş aktivlərin hesablanmasında xarici valyutada verilmiş istehlak kreditləri üzrə daha yüksək əmsalın tətbiqi (bu əmsal 2 dəfə artırıla bilər) və bununla da kapitala tələbatı artırmaq
5. Ölkə daxilində istifadə edilən kredit kartları üçün ancaq milli valyutada kreditlərin ayrılması
6. Aktivlərin təsnifləşdirilməsi zamanı xarici valyutada olan aktivlər üzrə keyfiyyət meyarlarının sərtləşdirilməsi
7. Milli valyutada olan kreditlərin fiaz dərəcələrinə Mərkəzi Bankın tətbiq etdiyi yuxarı hədd götürülür (hazırda istehlak kreditləri üzrə 29%, mikrokreditlər üzrə 25%-dir). Əvəzində xarici valyutada olan kreditlər üzrə daha da endirilir. Bu hədd mikrokreditlər üçün 17-18%, istehlak kreditləri üçün 20% ola bilər
Məhdudlaşdırıcı tədbirlərin tətbiqi zamanı xüsusi halların nəzərə alınması vacibdir. Xüsusilə də ixracatçı şirkətləri və xaricivalyutada gəlirləri olan şəxrlər fərqləndirilməlidir. Bundan başqa hansısa məhdudiyyəti tətbiq etməzdən öncə Mərkəzi Bank bankları və digər kredit qurumlarını zəruri manat vəsaiti ilə təmin etməlidir.
Hər bir halda addımlar kompleks şəkildə atılmalıdır. Ayrı-ayrı addımların atılması problemi nəinki həll edə bilməz hətta daha da dərinləşdirə bilər. Mərkəzi Bank prosesə hərtərəfli yanaşmalı, milli valyutanın sabitiyini təmin edəcək addımlara üstünlük verməlidir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi