Prezident ?Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkizafı dövlət proqramı?nın icrasının birinci il konfransında iztirak edib

img

12-03-2010 [04:42]


Prezident İlham Əliyev martın 12-də Bakı Biznes Mərkəzində ?Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı?nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib. Dövlət başçısı əvvəlcə Dənizkənarı Milli Parkda inşa olunmuş Bakı Biznes Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib. İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verib ki, Bakı Biznes Mərkəzi sahibkarlar arasında işgüzar əlaqələrin daha da genişləndirilməsinə, beynəlxalq tədbirlərin, biznes forumların yüksək səviyyədə təşkilinə, yerli istehsal və xidmətlərin təbliğinə yeni imkanlar yaradacaq. İlham Əliyev ?Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı?nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində təşkil edilmiş sərgi ilə tanış olub. Sonra konfransda giriş nitqi ilə çıxış edən ölkə başçısı ?Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı?nın icrasının birinci ilinin yekunlarını yüksək qiymətləndirib. Dövlət Proqramının ilk ilində əldə olunmuş uğurlardan və qarşıda duran vəzifələrdən danışan dövlətimizin başçısı Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb. Konfransda çıxış edən digər natiqlər respublikanın ayrı-ayrı şəhər və rayonlarında Dövlət Proqramının icrasının gedişi barədə ətraflı məlumat veriblər. Prezident İlham Əliyev konfransın işinə yekun vurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA