19-02-2016 [11:17]
Fikrət Yusifov, sabiq maliyyə naziri
Son il yarım ərzində dünya bazarlarında neftin qiymətlərinin 4 dəfəyə qədər aşağı düşməsi bütün neft ölkələrində şok effekti yarada bildi. Belə kəskin qiymət azalmasının siyasi səbəblərlə bağlılığı danılmaz faktdır. Lakin səbəblərin iqtisadi və ya siyasi olmasından asılı olmayaraq ucuzlaşma iqtisadiyyatı neftlə bağlı olan ölkələrdə ciddi dəyişikliklərə gətirib çıxardı.
Azərbaycan hökuməti son illərin maliyyə böhranını kifayət qədər neytrallaşdıra bilsə də neftin qiymətlərinin kəskin azalması hesabına yaranmış vəziyyətin bizdən yan keçməsi mümkün olmadı. Bir sözlə neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və bu səbəbdən ölkəyə daxil olan valyuta gəlirlərinin birdən-birə bir neçə dəfə azalması maliyyə sistemində yetərli gərginliyin yaranması ilə nəticələındi. Milli valyuta öz dəyərini bir il ərzində iki dəfəyə qədər itirdi.
Hökumət Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələsini artıq illər idi ki, strateji bir vəzifə kimi qarşıya qoymuşdu və bu illər ərzində az iş görülməyib. Ümumi Daxili Məhsulun strukturunda son 5 il ərzində qeyri-neft sektorunun payının 20% artması hesabına neft sektorunun xüsusi çəkisinin 30%-ə qədər azaldılmasının özü kifayət qədər ciddi bir nəticədir. Lakin buna baxmayaraq yaranmış vəziyyət göstərdi ki, qeyri-neft sektorunun işinin səmərəliliyi hələ ki, qaneedici deyil. Nədən ibarət olmalıdır bu səmərəlilik?
İlk növbədə bu sektorda rəqabət qabiliyyətli məhsulların istehsalını artırmaq yolu ilə ölkəyə möhkəm valyuta axınını təmin etmək lazım idi. Son illər ərzində qeyri-neft sektorunun inkişafı hesabına bir çox məhsul növləri üzrə idxaldan asılılıq aradan qaldırılıb və ya o minimuma endirilib. Lakin hələ də ən başlıca hesab olunacaq hədəfə çatmaq mümkün olmayıb. Bu gün bir çox yerli istehsal məhsullarının komponentləri xaricdən alınıb gətirilir.
Halbuki həmin komponentlərin əksəriyyətinin yerli istehsalını təşkil etmək imkanları mövcuddur. Həmin komponentlərin xaricdən alınması o deməkdir ki, bu hesaba ölkədən valyuta çıxarılır.
Bizə isə bunun əksi - real sektorda rəqabət qabiliyyətli məhsulların istehsalını və ixracını artırmaq hesabına ölkəyə daha çox valyuta axınını təmin etmək lazımdır. Başlıca hədəf budur. Bir sözlə, son illər ərzində ölkədə real sektorun inkişafı istiqamətində çox işlər görülsə də hələlik əsas məqsəd - ixracın artırılması hesabına daha çox valyuta daxil olması təmin edilə bilməmişdi.
Ölkə Prezidenti son çıxışlarının birində "biz vəziyyətin belə kəskin dəyişəcəyini gözləmirdik” demişdi.
Əslində, bunu nə ölkə daxilində nə də xaricdə heç kəs gözləmirdi. Lakin bu hal baş verdi. Ondan çıxış yolu isə birdir. Bu yol ən qısa zaman kəsiyində real sektorun sürətli inkişafını təmin etməkdən keçir və hökumət də bu yolu seçdi. Son 5 ay ərzində hökumət tərəfindən real sektorun sürətli inkişafını təmin edə biləcək onlarla qərarlar qəbul edilmiş, qanunlarda və başqa normativ aktlarda müvafiq dəyişikliklər edilmişdir. Məqsəd dünya bazarlarında neftin qiymətlərinin çox kəskin aşağı düşməsi səbəbindən yaranmış vəziyəti mümkün qədər tez nizamlamaqdan ibarətdir. Ən doğru seçim də bu idi.
Burada bir çox qərarların qəbul edilməsində ölkə Prezidenti siyasi iradəsini ortaya qoydu. Onun qəbul etdiyi bir sıra qərarlar öz kəskinliyi ilə nə qədər fərqlənsə də ölkədə azad sahibkarlığın inkişafı yolunda bir o qədər də səmərəli ola bildilər. Rüşvət və korrupsiya qarşı aparılan mübarizə və bu yolda heç kəsin "toxunulmazlıq statusunun” olmadığının açıq şəkildə hər kəsə göstərilməsi, gömrük sistemindəki monopoliyanın aradan qaldırılması, yoxlamaların dondurulması, lisenziyaların verilməsi işindəki əsaslı dönüş, valyuta tənzimlənməsi sahəsindəki islahatlar, investitsiyaların və ixracın təşviqi və tikinti sahəsindəki bütün maneələrin aradan qaldırılması ilə bağlı addımlar real sektorun, onun əsasını təşkil edəcək azad sahibkarlığın qarşısında geniş və maneəsiz bir fəaliyyət meydanın açılması demək oldu. Bu fəaliyyətin üzləşə biləcəyi əngəllər isə yerli və mərkəzi icra orqanları, eyni zamanda Prezident yanında yaradılmış Apellyasiya Şuralarının vasitəsi ilə aradan qaldırılacaqdır.
Aparılan bu islahatlar Azərbaycanda yeni iqtisadi inkişaf modelinin ortaya qoyulması deməkdir. Ciddi islahatlara söykənən bu yeni iqtisadi inkişaf modeli artıq Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi dünyanın iki ən nəhəng maliyyə institutu tərəfindən də tam dəstəkləndi. İndi söz iş adamlarının və investorlarındır.
Məmurlar isə Prezidentin onlara göstərdiyi nümunəyə baxıb düzlənməlidirlər...
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib