15-02-2016 [15:36]
"Maşın bazarı”nın sahibi, "Bizim market” mağazalar şəbəkəsinin ortaqlarından olan Rasim Salmanovun Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin vasitəsi ilə ölkədən 100 milyon dollar çıxardığı haqda yazmışdıq.
Maliyyə xəyanəti ittihamı ilə həbsdə olan Cahangir Hacıyevin ölkədən çıxarılmasında iştirak etdiyi və vergidən yayınmaqla qazanıldığı iddia olunan 100 milyon dollar manatın birinci devalvasiyasından 2 gün əvvəl Kanada və Türkiyədəki hesablara yerləşdirlib.
"Yeni Müsavat” 13 fevral sayında "Bizim market”in rəhbəri ölkədən 100 milyon dollar çıxarıb – şok təfsilat" sərlöhvəli manşet yazısı Rasim Salmanovun qaynanası Xanımbacı İsmayılovanın məktubu əsasından hazırlanıb.
Yazının dərcindən sonra X.İsmayılova redaksiyamıza yeni məlumatlar verib. X.İsmayılova bildirir ki, nəvəsi 1989-cu il təvəllüdlü Sahib Quliyev böyük sifarişin qurbanı kimi həbsdədir. Müstəntiq Vüqar İsmayılov Rasim Salmanovu razı salmaq və onun sifarişilərinin sözsüz icra edilməsini göstərmək üçün Sahib Quliyevə məxsus mənzildə axtarış apardı. Xanımbacı İsmayılova bildirir ki, həmin axtarışın əsası və səbəbi hələ də ona aydın deyil, müstəntiq o evdə nə axtarırdı?!
"Beləliklə, bir neçə əməliyyat müvəkkilinin iştirakı ilə 10 fevral 2015-ci ildə Vüqar İsmayılov böyük axtarışlara başladı. Axtarışın sonunda tam qanunazidd olaraq mənzildən Sahib Quliyevin anası Həcər Quliyevaya məxsus şəxsi əşyalar – sənədlər, mobil telefon, ətir qabları, bir neçə mağazanın reklamı kimi ona verilmiş kataloqlar, xırda qızıl-zinyət əşyaları, gündəlik istifadə edilən bir 4-5 ədən əl çantası, 1000 dollar məbləğində pul, mənə məxsus üzük, sırqa, adi boyunbağı, xəstəlik kağızları, Sahib Quliyevə məxsus hərbi bilet, sənədlər, evin daşınmaz əmlakdan çıxarışının əsli və cinayət işi ilə bağlı olmayan bir sıra sənəd və əşyaları götürdü. Hətta müstəntiq qadınlara məxsus şəxsi gigiyenik əşyalara da baxdı. Bütün bunlar ailəyə zorakılıq və hədə-qorxunun göstəricisidir. Əsas səbəb isə Rasim Salmanov tərəfindən ailəyə məxsus əmlakları ələ keçirərkən kimlərinsə etirazının qarşısını almaqdır” – deyə X.İsmayılova bildirib.
Onun sözlərinə görə, evdə aparılan axtarış iş üçün əhəmiyyətli sayıla bilməz: "Evdə heç nə aşkar edilmədi. Heç edilə də bilməzdi. Çünki süni şəkildə cinayət işi başlanıb və bu yalnız və yalnız təzyiq vasitəsi idi".
"Bizim marketlər” şəbəkəsinin rəsmi sahibi Xanımbacı İsmayılovanın bildirdiyinə görə, marketlər şəbəkəsi rəsmi olaraq onun adına olsa da, biznesi bilavasitə onun kürəkəni Rasim Salmanov idarə edib, ailəyə çatacaq milyonlarla pulu müxtəlif vasitələrlə Türkiyə Respublikasına, ordan da Kanadaya ötürüb: "Bu faktların üstü bank hesabları vasitəsilə açıldıqdan sonra Rasim Salmanov ailəni neytrallaşdırmaq qərarına gəlib. Əvvəlcə məsələni zorakılıq və öz üsulları ilə həll etməyə başladı. Ailəmizi güddürdü, hədə-qorxu gəldilər. Bundan sonra ailəni neytrallaşdırmaq üçün Rasim Salmanov polisdəki yaxın tanışlıqlarından istifadə etməyə başladı. Nəvəm sahibi özünün yalan məlumatları ilə həbs etdirdi”.
X.İsmayılova bildirib ki, Rasim Salmanov və onun ailə üzvləri Kanada vətəndaşlarıdır: "Ailəliklə Kanada vətəndaşıdırlar. Onlar bu vətəndaşlığı Azərbaycandan külli miqdarda pulları tam çıxardıqdan sonra rahat şəkildə gedib Kanadada səfalı ömür sürmələri üçün əldə ediblər. İstintaqa Rasim Salmanovun ölkədən 100 milyonlarla dollar çıxardığı haqda sənədləri təqdim etmişəm. Lakin nəzərə almırlar, bir kənara ataraq yalnız Rasim Salmanovun xeyrinə və sifarişi ilə iş aparırlar. Azərbaycan Respublikasının Miqrasiya Xidməti bu məsələni mütləq araşdırmalıdır. Çünki Azərbaycan ikili vətəndaşlıq tanınmır və Rasim Salmanov bu günədək Kanada vətəndaşı olmasını dövlət orqanlarından gizlədir. Cinayət Məcəlləsinin 318-2-ci maddəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi cinayət hesab edilir. Kanada vətəndaşlığının dövlət orqanlarından gizlədən Rasim Salmanovun niyyəti açıq-aşkar bəllidir: "ölkədən külli miqdarda pul vəsaitlərini çıxardıqdan sonra ölkədən qaçıb getmək və dəbdəbəli həyat tərzini davam etdirmək”.
X.İsmayılovanın ittihamları ilə bağlı R.Salmanovun mövqeyini dərc etməyə hazırıq.
(http://musavat.com/news/son-xeber/bizim-marketin-rehberine-novbeti-sert-ittihamlar_326153.html)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi