Mərkəzi Bank ölkədə fəaliyyət göstərən bankların bağlanması ilə bağlı bəyanat verdi

img

11-03-2010 [02:57]


Son günlər bəzi kütləvi informasiya vasitələrində respublikada fəaliyyət göstərən bankların bağlanması, birləşməsi və ya müflisləşməsi ilə əlaqədar məlumatlar verilir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bununla bağlı Mərkəzi Bankın mətbuat xidməti bildirir ki, bankların bağlanması və ya birləşməsi məsələsi hal-hazırda müzakirə edilmir və bununla bağlı heç bir qərar yoxdur. Hazırda ölkənin bank sistemi fəaliyyətini normal iş rejimində davam etdirir, onun maliyyə vəziyyətinə və sağlamlığına mənfi təsir göstərəcək heç bir ciddi amil yoxdur. Azərbaycan azsaylı ölkələrdən biridir ki, burada banklar qlobal iqtisadi böhranın sınağından uğurla çıxa bilib. Nüfuzlu beynəlxalq maliyyə təşkilatları da təsdiq edirlər ki, Azərbaycanda əmanətçilərin vəsaitlərini ən etibarlı şəkildə qoruyan sağlam bank sistemi fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA