"Artıq dövlət sənə nə verirsə, qismətini al, allahına şükür eylə dövrü geridə qalıb" - Qubad İbadoğlu

img

13-02-2016 [21:50]


"Bəllidir ki, insan dünyaya gələndə, özü ilə təbii hüquqlarlnı da gətirir. Öncül hüquq isə yaşamaq hüququ, həyatın tələbatlarını ödəmək hüququdur". 

Mia.azın məlumatına görə, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. Onun sözlərinə görə, bizim hər birimiz, peşəmizdən və ya işimizdən asılı olmayaraq istədiyimiz, könlümüzdən keçən nemətə sahib olmaq haqqına malikik: 

"Torpaq nə qədər bərəkətli, insan əqli və əli nə qədər qüdrətli və zəhmətkeş olursa olsun xoşbəxtliyə qovuşmaq, firavan həyat sürmək tək onun arzuları ilə başa gəlmir. Bütün bunlar üçün hüququn aliliyinin, qanunların hökmranlığının, məhkəmələrin müstəqilliyinin bərqərar olduğu dövlətin varlığını zəruri edir. Bu isə islahatlar vasitəsilə dəyişikliklərə zəruri edir. Bu dəyişikliklər eyni zamanda həm məhkəmə-hüquqi sistinemdə, həm də siyasi, iqtisadi və sosial sferada kompleks olaraq bir-biri ilə əlaqəli formada həyata keçirilməlidir.

Artıq dövlət sənə nə verirsə, qismətini al, allahına şükür eylə dövrü geridə qalıb. İndki dövrün əsas tələbi cəmiyyətə və sahibkarlara azadlıqların verilməsi, bir sözlə hər bir sferada rəqabətin dəstəklənməsidir. Bütün bunlara zidd olaraq, fevralın 12-də Milli Məclis isə "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi indiki həsas zamanda müzakirəyə çıxarıb. Daxili bazara giriş baryerləri yaradıb, aşağı keyfiyyətli məhsul buraxılışını və xidmət göstərərilməsini müdafiə edən istehsal və xidmət bölmərini mühafizə etməyə yönələn bu təşəbbüsün qarşısının alınması çox vacibdir. 

Unutmayaq ki, hazırkı dövrdə qarşıda duran həlli vacib məsələlərdən biri də milli iqtisadiyyatın inteqrasiya imkanlarından daah çox bəhrələnməsidir. Bunun üçün isə Azərbaycan Respublikasının Milli Məclisi liberal iqtisadiyyatı, azad ticarəti və açıq höküməti dəstəkləyən qanunlar qəbul etməlidir. Təbii ki, bu siyasət də kor-koranə deyil, klasterlər üzrə tədqiqatlar bazasında fərdi qaydada aparılmalıdır. Yalnız proteksionizmi müdafiə etmək hazırda nə siyasi və nə də iqtisadi şəraitin tələbləri uzlaşmır. Belə yanaşma bizi hədəflərimizdnən uzaqlaşdıra bilər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA