Daha iki bank birləşməyə razılaşdı - Protokol imzalandı

img

12-02-2016 [09:32]


Xəbər verdiyimiz kimi, bir müddət əvvəl elan olunan "AGBank” ASC ilə "DəmirBank” ASC arasında nəzərdə tutulan konsolidasiya (birləşmə) prosesinə xitam verilib.

Mia.az-a daxil olan məlumata görə, "DəmirBank”la birləşməsi alınmayan  "AGBank” digər bankla anlaşma imzalayıb.

Bu barədə bankdan verilən məlumatda bildirilir ki, danışıqlar nəticəsində ölkənin aparıcı banklarından olan "Bank Standard” KB ilə ilkin razılaşma əldə olunub:

"Artıq bu barədə bankların səlahiyyətli nümayəndələri tərəfindən 2016-cı ilin 11 fevral tarixində niyyət protokolu imzalanıb. Razılaşmaya əsasən, bankların nümayəndələrindən ibarət işçi qurupu "AGBank” ASC-nin OSC "Bank Standard” KB-a qoşulması layihəsinin gercəkləşdirilməsi istiqamətində birgə işlər aparılacaqdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA