“DəmirBank” “AGBank”la birləşməkdən imtina etdi

img

11-02-2016 [18:13]


Ötən ay "DəmirBank” və "AGBank” arasında iki bankın konsolidasiyası ilə bağlı ilkin niyyət protokolu imzalandıqdan sonra "DəmirBank” rəhbərliyi bu istiqamətdə aktiv müzakirələr aparıb, konsolidasiyanın hər iki tərəfə və ümumilikdə bank sektoruna mümkün təsirləri araşdırılıb.
 
Bankdan Musavat.com-a verilən məlumata görə, "DəmirBank” ASC-in Müşahidə Şurası birləşməni səhmdarların, əmanətçilərin, xarici kreditorların və bütün digər hissədarların maraqları nöqteyi-nəzərindən qiymətləndirib və müzakirələrin nəticəsi olaraq sözü gedən konsolidasiyanın məqsədəuyğun olmadığına dair qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA