47 sahibkarlıq subyektinə güzəztli kreditlər verilib

img

10-03-2010 [04:45]


Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Sahibkarlığa Kömək Milli Fondu ?Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi? mövzusunda növbəti tədbirini martın 10-da Biləsuvar rayonunda keçirib. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak etmişdir. Əvvəlcə tədbir iştirakçıları Biləsuvar rayonunda Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına ?Azərsun Holdinq? MMC tərəfindən inşa etdirilən konserv zavodunun fəaliyyəti ilə tanış olublar. Sonra ?Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi? tədbiri öz işinə başlamışdır. Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov son illər ərzində ölkəmizin digər rayonları kimi, Biləsuvarın da sürətlə inkişaf etdiyini, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını bildirib. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov çıxış edərək, ölkə rəhbərliyi tərəfindən özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərildiyini, Dövlət Proqramının uğurlu icrasında sahibkarların rolunu qeyd etmiş, regionların gələcək inkişaf perspektivləri haqqında məlumat veriblər. Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov sahibkarların maarifləndirilməsi sahəsində görülən işlər və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2010-cu ildə güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələr barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ?2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı?na uyğun olaraq, yanvar ayından uşaq qidası istehsalının təşkili, südlük istiqamətli heyvandarlıq komplekslərinin, həmçinin kiçik və orta həcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbuluna başlanılıb. Yaradılacaq kompleks və müəssisələr üçün seçiləcək ərazi əlverişli infrastruktura malik olmalı, müasir standartlara cavab verən avadanlıqlar quraşdırılmalı, laboratoriya yaradılmalıdır. Həyata keçiriləcək layihələr regionların inkişafı, iş yerlərinin açılması, ixracyönümlü məhsul istehsalı baxımından əhəmiyyətlidir. Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər. ?Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi? tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin verilməsi mexanizmi ilə bağlı sahibkarlar üçün treninq keçirilmişdir. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və Fonda təqdim edilməsi qaydaları, güzəştli kreditlərdən səmərəli istifadə üsulları barədə ətraflı məlumat verilmiş, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar və ətraf rayonlarda fəaliyyət göstərən 47 sahibkarlıq subyektinə güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərini davam etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA