Neftin qiymətində artım var

img

08-02-2016 [13:50]


Neft yeni həftəyə cüzi ucuzlaşma ilə başlasa da hazırda dünya birjalarında "qara qızıl"ın qiymətində artım müşahidə olunur. 

ANS-in məlumatına görə, dünya bazarlarında ötən həftə sonu 34.06 dollar olan "Brent” markalı neftin qiyməti Bakı vaxtı ilə saat 12:00 üçün 34.17 dollar təşkil edir.

"WTI” markalı neftin də qiymətində cüzi bahalaşma qeydə alınıb. Həftə sonu 30.89 dollar olan "Texas” markalı neftin bir barelinin qiyməti hazırda 30.99 dollar təşkil edir. 


"AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,49 dollar ucuzlaşaraq 34,91 dollar təşkil edib.

Əlvan metalların qiymətində isə sabitlik müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bahalaşaraq 37,47 dollar olub. Platinin 1 qramı 29.23 dollar, palladiumun 1 qramı isə 16.21 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.48 dollar müəyyənləşib.

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 5-də 1,5853 manat müəyyən edilib. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7749 manat, Rusiya rublu da cüzi bahalaşma ilə 0.0207 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.3089 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.544 AZN dəyərində müəyyənləşib. 

AMB-dən verilən məlumata görə, 08.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5819 səviyyəsində müəyyən olunub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA