Azərbaycanda "Yeni çıraq" Neft Layihəsinin icrasına rəsmən start verilib

img

09-03-2010 [02:04]


Bu dəqiqələrdə "Əsrin müqaviləsi"nin səhmdarları və Azərbaycan hökuməti "Yeni Çıraq" neft layihəsinin aktiv fazasına start vermək üçün saziş imzalayır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumata görə, bundan sonra "Yeni Çıraq" layihəsinə uyğun dəniz qurğularının, yəni hasilat platforması üçün dayaq modulu və üst modulun inşası üçün tender prosedurları hazırlanacaq. Sonrakı mərhələdə isə yataqda ilkin hasilat quyularının qazılması və sualtı boru kəmərlərinin inşasına hazırlıq görüləcək. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) bəyan edir ki, 2010-cu ilin yayında layihə çərçivəsində tikinti işlərinə start veriləcək və ilin sonuna qədər qurğu və obyektlərin inşasına 2 min nəfər cəlb ediləcək. Onların 95 faizinin Azərbaycan vətəndaşları olacağı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA