04-02-2016 [11:58]
Maliyyə Nazirliyinin Kollegiyası "Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası”nı təsdiq edib.
Bu ildən qüvvəyə minən bu Qayda kredit təşkilatları istisna olmaqla, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edən mühasibat uçotu subyektlərinə şamil edilir və təşkilatlar tərəfindən mühasibat uçotunun sintetik uçotunun memorial order forması əsasında aparılmasını müəyyən edir.
Mühasibat uçotunu sadələşdirilmiş uçot qaydalarına uyğun aparan mühasibat uçotu subyektləri də bu Qaydadan istifadə etmək hüququna malikdir. Sintetik uçotun memorial order formasını (əllə və ya avtomatlaşdırılmış rejimdə) tətbiq etməyən təşkilatlar mühasibat uçotunun sintetik uçotunu digər formalar (jurnal-order forması və ya digər avtomatlaşdırılmış) əsasında həyata keçirmək hüququna malikdirlər. İcra hakimiyyəti orqanları sintetik uçotun aparılması ilə əlaqədar digər formaların tətbiqini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir.
Memorial order forması baş vermiş maliyyə-təsərrüfat əməliyyatlarının ilkin uçot sənədlərinə uyğun olaraq xronoloji ardıcıllıqla müxabirləşmələrin verilməsi ilə tərtib edilən sintetik uçotun aparılması formasıdır. Sintetik uçot müəyyən iqtisadi əlamətlərinə görə əmlak, öhdəlik və təsərrüfat əməliyyatları üzrə ümumiləşdirilmiş məlumatların məbləğ ölçüsündə sintetik hesablarda aparılan uçotudur. Memorial orderlərdə mühasibat yazılışları (müxabirləşmələr) baş vermiş maliyyə təsərrüfat əməliyyatının xarakterindən asılı olaraq, bir hesabın (subhesabın) debeti və digər hesabın (subhesabın) krediti üzrə yazılır. Təşkilatlarda kassa əməliyyatları üzrə sintetik uçotun əsas məqsədi kassada olan pul vəsaitlərinin hərəkətinin və düzgün istifadəsinin təmin edilməsindən, qalıq məbləğ barədə dəqiq məlumatın əldə edilməsindən və onların qorunmasından ibarətdir.
Kassir (xəzinədar) tərəfindən kassa kitabında pul vəsaitləri üzrə yazılışlar hər bir kassa mədaxil orderi, kassa məxaric orderi və ya onu əvəz edən sənədlər üzrə əməliyyat baş verdikdən dərhal sonra həyata keçirilir. Kassada milli və xarici valyutada olan pul vəsaitlərinin mövcudluğu və hərəkəti uçota alınır. "Kassa” sintetik hesabı üzrə valyutada olan pul vəsaitlərinin uçotu, əməliyyat tarixinə Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnəyə uyğun olaraq manatla aparılır.
İş gününün sonunda kassir (xəzinədar) gün ərzində əməliyyatların yekununu hesablayaraq, növbəti iş gününün əvvəlinə kassada olan pul vəsaitlərinin qalığını çıxarır, mədaxil və məxaric sənədləri ilə birlikdə kassa hesabatının surətini (gün ərzində kassa kitabında yazılışların surətini) kassa kitabına imza etdirməklə mühasibatlıqda məsul şəxsə təqdim edir.
Təşkilatlarda bank əməliyyatları üzrə sintetik uçotun əsas məqsədi bankda olan pul vəsaitlərinin hərəkətinin, düzgün istifadəsinin təmin edilməsindən və onların qalıq məbləği barədə dəqiq məlumatın əldə olunmasından ibarətdir. "Bank hesablaşma hesabları” sintetik hesabında milli və xarici valyutada olan pul vəsaitlərinin mövcudluğu və hərəkəti uçota alınır. "Bank hesablaşma hesabları” sintetik hesabı üzrə valyutada olan pul vəsaitlərinin uçotu əməliyyat tarixinə Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnəyə uyğun olaraq manatla aparılır.
Təşkilatlarda əmək haqqı, pul təminatı və ona bərabər tutulan ödənişlər üzrə sintetik uçotun əsas məqsədi əmək haqqı, pul təminatı və ona bərabər tutulan ödənişlər üzrə hesablanılmış, ödənilmiş, deponentləşdirilmiş və qalıq məbləğin müəyyən edilməsindən ibarətdir. Təhtəlhesab şəxslərə avans olaraq pul vəsaitləri təşkilatın kassasından nağd şəkildə və ya bankda olan hesablarından onların əmək haqqı kartlarına köçürmə yolu ilə ödənilir.
Malsatanlar tərəfindən verilmiş sənədlərin göstəriciləri ilə faktiki qəbul edilən ehtiyatlar üzrə uyğunsuzluq olduğu hallarda (səhv olduqda, mal çatışmadıqda və sairə) malsatanın, alıcının və marağı olmayan təşkilat nümayəndələrinin iştirakı ilə üç nüsxədən ibarət olmaqla akt tərtib edilir və istifadəçilərə təqdim edilir(APA).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi