03-02-2016 [15:12]
Seymur VERDİZADƏ
Cəmiyyətin ziyalı kəsimi sənət adamlarını bir o qədər də sevmir. Ona görə yox ki, şou-biznes əhli ifa etdiyi düşük mahnılarla xalqın mədəni zövqünü korlayır. Ona görə ki, bu adamların keçirdikləri cah-cəlallı həyat tərzi sahib olduqları istedada adekvat deyil.
Azərbaycan şou-biznesində təmsil olunan müğənnilərin sayəsində oxumaq deyəndə insanların ağlına kitabdan əvvəl mikrofon gəlir. İndi elə vəziyyət yaranıb ki, mahnı oxuyanlar kitab oxuyanlardan daha yaxşı yaşayırlar. Amma əsas problem bu deyil.
Dərd orasındadır ki, Azərbaycanın dövlət himninin sözlərini bilməyən, Rəsul Rzanın şair, yoxsa yazıçı olduğunu ayırd etməyə çətinklik çəkən, Xəyyam Mirzəzadəni tanımayan bu adamlar öz savadsızlıqları ilə fəxr edirlər. Nadir Qafarzadə bir müddət əvvəl belə demişdi: "Gedin, akademikin də soyuducusuna baxın, mənim də. Görün, hansımız yaxşı yaşayırıq”.
Əgər əvvəllər şou-biznes əhlini ancaq ziyalılar, yazı-pozu adamları tənqid edirdisə, indi onlara qarşı daha böyük cəbhə formalaşıb. Təkcə ona görə yox ki, bu adamlar hamıdan yaxşı yaşayır, sahib olduqları var-dövləti bir tikə çörəyə möhtac olan insanlara nümayiş etdirməklə onları qıcıqlandırırlar.
Acınacaqlısı odur ki, bəzi müğənnilər xalqı təhqir etməkdən, aşağılamaqdan belə çəkinmirlər.
Məsələn, əməkdar artist Xatirə İslam bir neçə gün əvvəl onu tənqid edən sadə insanları "qaraçı”, "tupoy” adlandırmışdı. Xalq artisti Aygün Kazımovanın isə sosial şəbəkə iştirakçılarını necə təhqir etdiyini burda yazıb, könlünüzü bulandırmaq istəmirəm. Zəhmət çəkib, bunu Əbülfəs Qarayev araşdırsın...
Yeri gəlmişkən, vacib bir məqama da toxunmaq istəyirəm. Sizi bilmirəm, bəzi adamların sosial şəbəkələrdə şou-biznes nümayəndələrini yıxıb-sürüməsi şəxsən mənə səmimi təsir bağışlamır. Əgər bu gün hansısa yelbeyin müğənni sıravi insanları təhqir edir, onlara ayıb yerini göstərirsə, buna görə ilk növbədə həmin adamlar özləri məsuliyyət daşıyırlar.
Xalqı təhqir edən bu manısları xalq özü qudurdub. Gəlin, səmimi olaq. Aygünü, Nadiri, Xatirəni, Rəksanəni övladlarının toyuna heç də həmişə imkanlı adamlar dəvət etmirlər. Borc-xərc edib, hətta bankdan kredit götürüb övladının xeyir işinə populyar müğənni çağıran adamlar az deyil. Xatirənin 3-4 saatlıq ifasına 6-7 min manat pul verəndə bilməliydiniz ki, o, bir gün sizi "qaraçı”, "tupoy” adlandıracaq. Bir neçə gün əvvəl isə daha dəhşətli mənzərənin şahidi oldum: tanışlarımdan biri gündüz sosial şəbəkədə söydüyü müğənni ilə axşam toyda şəkil çəkdirirdi...
Bəzi müğənnilərin xalqı təhqir etməsinə görə həm də Mədəniyyət və Turizm Nazirliyi məsuliyyət daşıyır. Bizim kimi yazı-pozu adamlarından fəqli olaraq, bu nazirliyin özünü apara bilməyən sənət adamlarını cəzalandırmaq imkanı var. Məsələn, həmin müğənnilərin dövlət tədbirlərində iştirakına qadağa qoyula bilər. O cümlədən, bu müğənniləri daşıdıqları fəxri adlardan məhrum etmək üçün dövlət başçısına müraciət ünvanlamaq mümkündür. Necə ki, bir neçə il əvvəl əlaqədar qurumların müraciəti əsasında Əli İnsanov akademik, Əkrəm Əylisli isə xalq yazıçısı titulundan məhrum edilib. Aygün nə Əli İnsanovdan, nə də Əkrəm Əylislidən artıqdır...
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib