ARDNŞ və ingiltərənin ?Fugro? zirkəti arasında müqavilə imzalandı

img

06-03-2010 [02:30]


ARDNŞ və İngiltərənin ?Fugro? şirkəti arasında ?Geoloji-Geofiziki və Neftmədən verilənlərinin korporativ bazasının yaradılması haqqında? müqavilə imzalanıb. ARDNŞ-in rəsmi saytının yaydığı xəbərə görə, müqaviləni ARDNŞ tərəfindən şirkətin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İnayət Hüseynov, ?Fugro? Şirkəti tərəfindən ?Fugro Data Solutions? (İngiltərə) idarə heyətinin sədri Saymon Kendall imzalayıblar. Tədbirdə bildirilib ki, ARDNŞ rəhbərliyi 2008-ci ildə beynəlxalq korporativ standartlarına uyğun olaraq, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (İTRİ) nəzdində Azərbaycanın karbohidrogen yataqlarının geoloji, geofiziki və mədən məlumatlarının inteqrasiya olunmuş korporativ bazasının yaradılması barədə qərar qəbul edib. Bu məlumat bazası neft və qaz haqqında milli və korporativ məlumatların özündə effektiv saxlanılmasına və istifadə olunmasına, eləcə də Şirkətin daxilində, həmçinin digər şirkətlər arasında müqavilə əsasında texniki informasiyanın paylaşmasına xidmət edir. Korporativ Verilənlər Bazasında saxlanılan informasiyalar karbohidrogen ehtiyatlarının qiymətləndirilməsində, perspektivli yataqların izlənməsində, eləcə də lisenziyalaşdırılmış raundlarda məhsulun razılaşdırılmış bölgüsündə potensial iştirakçı kimi çıxış edəcək. Son bir neçə ildə İTRİ-nin informasiya strukturunun yaradılması Korporativ Verilənlər Bazasının texniki əsasını təşkil edir. Bu isə öz növbəsində məlumatların tam məxfi və etibarlı saxlanılmasına bölüşdürülmüş icazə və web-interfeysa funksiyasının göstərilməsini təmin edəcək. Verilənlər bazasının yaradılması ilə ARDNŞ-in, eləcə də birgə müəssisələrin texniki informasiyaları təhlükəsiz və mərkəzləşdirilmiş qaydada saxlanılacaq, neft-qaz sahəsinin bütün verilənləri əldə olan analoji formadan rəqəmli formata keçiriləcək. Eyni zamanda ayrılmış terminallardan və web-interfeysdən istifadə etməklə qeydə alınmış istifadəçi-müştərilərin texniki verilənlərə sürətli girişi həyata keçiriləcək, cari verilənlər bazasına yeni verilənlərin əlavə edilməsi imkanları yaradılacaq, ehtiyatların hesablanmasında və işlənmənin layihələndirilməsində, kommersiya məqsədilə geoloji-geofiziki və neftmədən informasiyalarından tam və etibarlı istifadə etmək imkanları əldə olunacaq. Yaradılacaq verilənlər bazasının proqram təminatının təsis edilməsi üçün lazım olan avadanlıqlar İTRİ-nin binasında yerləşdiriləcək. Mərasimdə qeyd edilib ki, layihənin həyata keçirilməsi ilə ARDNŞ Prezidentinin müvafiq əmri ilə İTRİ-də yenicə yaradılmış idarəetmə strukturu - Korporativ Verilənlər Bazası Departamenti məşğul olacaq. Departamentin nəzdindəki şöbələr tərəfindən ARDNŞ-nin bölmələri arasında web-interfeysa vasitəsilə operativ verilənlər bazası və cari hesabat, arayışların ötürülməsi sistemi işlənib hazırlanıb. Bundan əlavə, Departament ilkin materialdan (karataj məlumatları, xəritələr, hasilatın tarixi, kern analizləri, seysmiklər və s.) işlənmənin proqnozu və yatağın geoloji hidrodinamik modelinin qurulması ilə məşğul olur. Belə işlər daima planlı olaraq, ARDNŞ-nin, eləcə də ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin sifarişlərilə aparılır. Qeyd edək ki, 2009-cu ilin avqustunda ARDNŞ-nin Neft-Mədən və Geoloji Geofiziki verilənlər və inteqrasiya olunmuş Korporativ Verilənlər Bazasının texniki proqram təminatı haqqında tender elan edilib. Tenderdə dünya nefti barədə milli məlumatlar bankının işlənilməsi və tətbiqi sahəsində aparıcı şirkətlərdən olan ?Schumberq?, ?Halliburton?, ?Fugro? və digər kompaniyalar iştirak ediblər. İrəli sürülən təkliflərin iqtisadi və texniki cəhətləri ARDNŞ-nin vitse-prezidenti Xaliq Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərən Tender Komissiyası tərəfindən əsaslı surətdə öyrənilib və tenderin qalibi ?Fugro? şirkəti elan olunub. Layihənin bir neçə mərhələyə bölünmüş ilkin fazası sazişin imzalandığı gündən üç il müddətinə nəzərdə tutulub. Bununla belə, layihənin beş il və daha artıq müddətə uzadılması mümkün ola bilər. Müqaviləyə əsasən, ?Fugro? şirkəti tenderin qalibi kimi Korporativ Verilənlər Bazası sisteminin quruluşuna dair məsləhət verəcək, proqramın yüklənməsini və yığılmasını həyata keçirəcək, Korporativ Verilənlər Bazası istifadəçiləri və inzibatçıları üçün iş yerlərinin yaradılması ilə məşğul olacaq. O cümlədən personalın təlimatlandırılması və pilot layihə çərçivəsində bir neçə yataq üzrə verilənlərin yüklənməsini, sistemə və proqram təminatına texniki yardım işlərini yerinə yetirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA