Aydın Bəzirov Dövlət Xəzər Gəmiçiliyinin 2009-cu il ərzində istehsalat-maliyyə hesabatını açıqladı

img

05-03-2010 [01:32]


Bu gün Dövlət Xəzər Gəmiçiliyinin rəisi Aydın Bəşirov rəhbərlik etdiyi qurumun 2009-cu il ərzində istehsalat-maliyyə fəaliyyəti haqqında mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, A.Bəşirov Xəzər Dəniz Gəmiçiliyi bildirib ki, nəqliyyat dəhlizinin fəaliyyətini genişləndirmək məqsədilə son illər maddi-texniki bazasını planlı şəkildə gücləndirilib: ?Kollektivimiz əzmkarlıq göstərərək 2009-cu il ərzində nəqliyyat gəmiləri ilə 13 milyon 189,7 min ton, o cümlədən tankerlərlə 9 milyon 864,5 min ton, quru yük daşıyan gəmilərlə 1 min 029,0 min ton və gəmi-bərələrlə 2 min 296,2 min ton müxtəlif yük daşınıb. 2009-cu il ərzində TRASEKA nəqliyyat dəhlizi ilə 8 milyon 028,0 min ton yük daşınıb. Bu da keçən ildə müqayisədə 18% çoxdur. Hesabat dövrü ərzində yükdaşımalar bazarında kəskin rəqabət mövcud olsa da, donanmamızla daşınan yüklərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1 min 291,7 min ton yaxud 10,9% artıb?. A.Bəşirovun sözlərin görə, 2009-cu ildə Xəzər hövzəsində 10,7 min nəfər sərnişin daşınıb: ?Sərnişin dövriyyəsi 2,0 milyon sərnişin mil təşkil edib. Gəmidəki işçi heyətinin orta əmək haqqı bütövlükdə 320 manat, o cümlədən üzücü heyətin ki, 339 manat təşkil edib. Bundan əlavə, üzücü heyət üzvlərinin hər birinə aylıq ezamiyyə xərcləri əvəzi olaraq, Xəzərdənkənar hövzələrdə işləyənlərə orta hesabla 661 AVŞ dolları, Xəzər dənizində işləyənlərə isə 333 AVŞ dolları məbləğində vəsait ödənilib. Son 3 ildə Rusiyanın ?Krasnoye Sormovo?zavodunda hər biri 13470 ton dedveytə malik ?Koroğlu?, ?Dədə Qorqud?, ?Zəngəzur?, ?Şuşa? və 12361 ton dedveytə malik ?Cabbar Həşimov? tankerləri, habelə Xorvatiyanın Ulyanik gəmi tərsanəsində inşa edilmiş, yükötürmə qabiliyyəti 52 vaqon olan müasir gəmi-bərələr ?Akademik Zərifə Əliyeva? və ?Qarabağ? gəmiləri alınmış və istismara verilib?. Rəis bildirib ki, son 7 il ərzində 14 ədəd yeni gəmi, onlardan 10 ədəd tanker, 1 ədəd quru yük daşıyan gəmi, 1 ədəd sərnişin gəmisi, 2 ədəd müasir gəmi-bərələri alınıb: ?Əsas vəsaitlərin alınmasına 202 milyon 395,6 min manat vəasit xərclənib ki, onlardan da 107 milyon 830,3 min manat Gəmiçiliyin öz maliyyə imkanları hesabına, qalan 94 milyon 565,3 min manat isə gövlət büdcsi hesabına ödənilib?. [b]Nüşabə Sadıqova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA