iqtisadi inkizaf Nazirliyinin əməkdazları mağazalardan keyfiyyətsiz məhsul azkarlayıb

img

04-03-2010 [04:58]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı xeyli keyfiyyətsiz məhsul aşkarlanıb. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində - Sülh küçəsi, 2/20 ünvanında Cavanşir Abdullayevə məxsus mağazada; - Sülh küçəsi, ev 1, mənzil 186 ünvanında yerləşən ?Sona market?də; - N.İsmayılov prospektində Eldar Dadaşova məxsus mağazada; - Sülh küçəsi, 1 ünvanında ?Qostronom market?də; - Neftçilər küçəsi, 4096 məhəllədəyerləşən ?Eltun market?də; - Gənclik küçəsi, 35 ünvanında Qəndəv Məmmədovaya məxsus mağazada; - N.İsmayılov küçəsi, 78, mənzil 1 ünvanında ?Türkanə market?də; - Y.Əliyev küçəsi, ev 22, mənzil 1 ünvanında ?Flaqman market?də; - Ə.Kərim və Mədəniyyət küçələrinin kəsişməsində ?1001 dad market?də; - Y.Əliyev küçəsində Arzu Ələkbərovaya məxsus mağazada; - M.Əmirov və S.Qocayev küçələrinin kəsişməsində yerləşən ?Sabir market?də; - Y.Əliyev küçəsi, ev 35 ünvanında Zahid Şəfizadəyə məxsus mağazada; Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində - M.Süleymanov küçəsi, ev 4 ünvanında Eldar Dadaşova məxsus mağazada; - C.Qurbanov küçəsi, 33 ünvanında Elşən Ağayevə məxsus mağazada; - R.Qəmbərov küçəsində Sevinc Şərifovaya məxsus mağazada; - M.Fətəliyev küçəsi, ev 1 ünvanında Xalis Əliyevə məxsus mağazada; - Y.Əliyev küçəsi, 4048-ci məhəllədə Bilqeyis Camalovaya məxsus ərzaq mağazasında; - Y.Eyvazov küçəsi, ev 1 ünvanında ?Ruzi market?də; Gəncə şəhərində - Ə.Əliyev və A.Puşkin küçələrinin kəsişməsində, ev 86 ünvanında ?Nicat market?də; - C.Rəfibəyli küçəsi, 63A ünvanında Xəlil Əliyevə məxsus ərzaq mağazasında; - H.Əliyev və Atatürk prospektlərinin kəsişməsində yerləşən ?Royal market?də; Şəki şəhərində - Bağbanlar küçəsində İlham Ramazanova məxsus ərzaq mağazasında; Quba şəhərində - ?Şəhər? bazarı ərazisində Valid Orucova məxsus mağazada; ümumi çəkisi 1,7 tondan çox saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən kolbasa, qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, makaron və un məmulatları, konservləşdirilmiş məhsullar, pivə, sərinləşdirici içkilər, meyvə şirələri, çay, uşaq yeməkləri və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcəkdir. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA