Milli Mühasibat Uçotu Standartına keçidlə bağlı təlimləri həyata keçirilir

img

04-03-2010 [01:04]


Gənc Mühasiblər Birliyi qeyri-hökumət təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına keçidlə bağlı təlimləri həyata keçirir. Bu təlim kursunda qeyri-hökumət təşkilatlarında çalışan mühasiblər iştirak edir. Eyni zamanda, QHT-lər üçün Milli Mühasibat Uçotu Standartının bölgələr üzrə Tövsiyyə və Şərhləri hazırlanmışdır. Hazırlanmış Tövsiyyə və Şərhlərin təsdiqi üçün artıq Maliyyə Nazirliyinə rəsmi müraciət olunmuş və müsbət rəy alınmışdır. Bununla yanaşı, Gənc Mühasiblər Birliyi Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına keçidlə bağlı maliyyə hesabatlarının hazırlanması və təqdim olunması qeyri-hökumət təşkilatlarının nümayəndələrinə mütəmadi məsləhətlər verir və müzakirələr aparır. Bundan başqa, onu da qeyd etmək istəyirik ki, Gənc Mühasiblər Birliyi mövcud problemi ictimaiyyətin müzakirəsinə çıxartmaq üçün layihə çərçivəsində ANS televiziyasında ?İqtisadi forum? verlişinin ?QHT-lərdə Milli Mühasibat Uçotu Standartına keçid? mövzusuna həsr olunmasını xahiş etmişdir. Verilişin çəkilişi 10 fevral tarixində həyata keçirilmiş, 13 fevral tarixində ANS televiziyasında yayınlanmışdır. Verlişdə Milli Mühasibat Uçotu Standartlarının hazırlanma, qeyri hökumət təşkilatlarının maliyyə hesabatlarının tərtib edilmə qaydaları və s. məsələlər müzakirə olunmuşdur. Bu mövzunun aktuallığını nəzərə alaraq Gənc Mühasiblər Birliyi mövzunun müzakirəsi üçün növbəti dəfə İctimai Televiziyaya müraciət etmiş və qarşı tərəfdən müsbət rəy almışdır. Belə ki, 12 mart tarixində İctimai televiziyanın ?Işgüzar zaman? verlişi ?QHT-lərdə Milli Mühasibat Uçotu Standartına keçid? mövzusuna həsr olunacaq. Qeyd etmək istəyirik ki, verlişin çəkilişi 12 mart tarixində saat 13:30-da İctimai televiziyada olacaq. Bu çəkilişdə aidiyyatı dövlət strukturlarından ekspertlər, o cümlədən, aparıcı QHT-lərin məsul şəxsləri də iştirak edəcəklər. Verlişdə iştirak etmək, müzkirələrə qoşulmaq istəyənlər Gənc Mühasiblər Birliyinə müraciət edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA