?Unibank? Lənkəranda filial açıb

img

03-03-2010 [05:01]


?Unibank? Kommersiya Bankı? ASC mart ayının 3-də Lənkəran rayonunda yeni regional filial açıb. Filialın açılışı mərasimində Bankın İdarə Heyətinin Sədri Faiq Hüseynov, Lənkəran rayonu İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov, regionun işgüzar dairələrinin nümayəndələri iştirak ediblər. ?Lənkəranda filialın açılması ölkənin regionlarında bizim biznesin genişləndirilməsi işində növbəti addım oldu?, - deyə Faiq Hüseynov mərasimdə bəyan edib. ?Ölkənin ən iri özəl banklarından biri kimi, ?Unibank? özünün filial şəbəkəsini genişləndirməkdədir, bu isə xidmətlərimizi daha geniş müştəri dairəsi üçün əlçatan edəcək. Lənkəran filialının fəaliyyətində kiçik və orta biznesin maliyyə baxımından dəstəklənməsi prioritet olacaqdır?, - deyə O qeyd etdi. F.Hüseynovun sözlərinə görə, Lənkəran regionu bank xidmətlərinə istehlakçıların marağının artan potensialına malikdir. ?Bizim xidmətlərin geniş spektri, sərfəli faiz dərəcələrimizlə, qərarların qəbul edilməsinin sadə və cəld prosedurları ilə yanaşı, bölgədə əhalini keyfiyyətli bank məhsulları ilə təmin edəcəkdir. ?Əminəm ki, ?Unibank?ın yeni filialının xidmətlərinə təkcə Lənkəranda deyil, həm də yaxında yerləşən və əhalisi 200 mində artıq olan regionun şəhər, kənd və qəsəbələrində də ehtiyac olacaqdır?, - deyə O sözünü tamamladı. Qeyd etmək lazımdır ki, ?Unibank?ın Heydər Əliyev küçəsi, 12 ünvanında yerləşən yeni filialı əhaliyə, depozit məhsulları, istehlak kreditləşməsi, avto- və mikrokreditləşdirilmə proqramları, pul köçürmələri, kommunal ödənişlər, habelə müxtəlif çeşidli plastik kartlar da daxil olmaqla, bank xidmətlərinin tam spektrini təklif edir. Lənkəran filialının fəaliyyətində ?Unibank?ın kredit məhsullarının geniş xətti, konkret olaraq, özəl sahibkarların və kiçik biznes müəssisələrinin kreditləşdirilməsi, xüsusi vurğulanacaq. Azərbaycan İpoteka Fondunun və Sahibkarlığın dəstəklənməsi üzrə Milli Fondun səlahiyyətli bankı olaraq, ?Unibank? Əmanətlərin Sığortalanması Fondunun iştirakçısıdır. Hazırda Bankın filial şəbəkəsi 17 paytaxt və 7 regional (Gəncə, Sumqayıt, Şəki, Şəmkir, Quba, Lənkəran və Mingəçevir) filialından, habelə Baş ofis və iki ? ?Gənclik? və ?Gəncə-2? ? xidmət şöbələrindən ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA