Parabank pulköçürmə xidmətlərində yenilikləri təklif edir

img

01-03-2010 [05:49]


?Parabank Western Union vasitəsi ilə pulköçürmə xidmətlərində yenilikləri təklif edir?. Artıq Siz, Western Union təcili pulköçürmə sisteminin Azərbaycanda yeganə nümayəndəsi - Parabank vasitəsi ilə dünyanın istənilən nöqtəsinə sərbəst şəkildə 500 yox, 1000 ABŞ dolları məbləğində xarici valyuta vəsaitlərini hesab açmadan xaricə köçürə bilərsiniz. Hal-hazırda Azərbaycanda 933 Western Union məntəqələri fəaliyyət göstərir. Qeyd edək ki, Parabank 2002-ci ildən Azərbaycanda ?Western Union? təcili pulköçürmə sisteminin birbaşa agentidir. Parabankın vasitəsilə 20 yerli bank və Azərpoçtun məntəqələri ?Western Union? a qoşulmuşdur. Onlardan 387 ?si Parabankın vasitəsilə sistemə qoşulmuşdur. Bu gün Parabank ?Western Union? sistemi ilə yanaşı ?Contact?, ?PrivatMoney?, ?Migom?, CMT (Caspian Money Transfer) və ?Bıstraə Poçta? təcili pulköçürmə sistemlərini həyata keçirir. Eyni zamanda mart ayının 1-dən Parabank yeni ? ?Azia Express?, ?Allyur?, ?Zolotaya Korona? kimi pulköçürmə sistemləri ilə də müştərilərə xidmət göstərəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA