Azərbaycan ötən ili 242 milyon manatlıq kəsirlə baza vurdu

img

01-03-2010 [12:25]


2009-cu ildə büdcə kəsirinin ÜDM-də payı 2006-cı il səviyyəsinə qalxmaqla son 10 ildə ən yüksək həddə çatıb. 1999-cu ildə büdcə kəsirinin ÜDM-də payı 2,4%-ə bərabər olub. Ötən il isə bu göstərici 0,7% təşkil edib. ?İqtisadi forum? jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, 2009-cu ildə dövlət büdcəsinin gəlirləri 10 milyard 325 milyon 900 min manat, xərcləri isə 10 milyard 567 milyon 900 min manat icra olunub. Bu müddətdə büdcənin kəsiri 242 milyon manat təşkil edib. Büdcə gəlirlərinin və xərclərinin ÜDM-də payı artaraq son 15 ildə ən yüksək həddə çatıb. Büdcə gəlirlərinin ÜDM-də payı 29,9%, xərclərin payı isə 30,6% olub. Kəsirin ÜDM-də xüsusi çəkisi 0,7%-ə bərabər olub. Bu, 1995-ci ildən bəri rekord göstəricidir. Ən aşağı göstərici isə 1998-ci ildə qeydə alınıb. Həmin il büdcə gəlirləri ÜDM-də 13,5%-lik, xərclər 15,4%-lik paya malik olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA