Prezident ilham Əliyevə piano hədiyyə edilib

img

27-02-2010 [03:25]


Prezident İlham Əliyev Qəbələ rayonuna səfər edib. O, Qəbələdə ?Gilan? piano fabrikinin açılışında iştirak edib. Ən son beynəlxalq standartlara cavab verən fabrikdə ildə 1200-1500 piano istehsal ediləcək. Hazırda fabrikdə 120 nəfər çalışır. Gələcəkdə işçilərin sayı 350-yə çatdırılacaq. Prezident İlham Əliyevə müəssisədə istehsal olunmuş piano hədiyyə edilib. İlham Əliyev daha sonra Qəbələdə meyvə-tərəvəz saxlamaq üçün tikilmiş soyuducu anbar ilə tanış olub. Üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. Hazırda anbarda 50 nəfər işlə təmin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA