Sumqayıtın icra bazçısı Vaqif Əliyev 87 Xocalı ailəsinə maddi yardım verdi

img

26-02-2010 [12:51]


Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar şəhərdə məskunlaşan Xocalı şəhərindən olan məcburi köçkün ailələrinin nümayəndələrini qəbul edib. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra çıxış edən şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev 18 il öncə fevralın 25-dən 26-na keçən gecə azğın erməni millətçilərinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə strateji əhəmiyyətə malik Xocalıya hücum etdiklərini və tarixdə misli görünməmiş cinayət törədərək şəhərin dinc, əliyalın sakinlərinə qarşı dəhşətli qəddarlıq nümayiş etdirdiklərini bildirib. V.Əliyev dünyanın onlarla dövlətində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirildiyini və Azərbaycan xalqının bu vəhşiliyi, soyqırımı heç vaxt unutmayacağını söyləyib. Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə şəhər başçısına minnətdarlıqlarını bildiriblər. Sonda 87 Xocalı köçkünü ailəsinə maddi yardım təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA