Bakıdakı 24 marketdə keyfiyyətsiz ərzaqlar azkarlandı

img

25-02-2010 [04:58]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda 4 saylı bazarın yaxınlığında yerləşən ?Vüsal market?də, C.Naxçıvanski küçəsi, 48 ünvanında ?Ucuz market?də, 24 ünvanında ?Hüseyn market?də, ev 30 ünvanında Natiq Həsənova məxsus mağazada, 2387 ünvanında Fərhad Əskərova məxsus mağazada, Rüstəmov küçəsi, 60 ünvanında İlqar Qasımova məxsus mağazada, Kolxoz bazarının yaxınlığında yerləşən ?Bolluq market?də, Cəfərov küçəsi ilə Abbasov küçəsinin kəsişməsindəki ?Karvan-K? istehsalat-kommersiya firmasına məxsus mağazada, Q.Qarayev prospekti, 25/28-ci məhəllədə Bəhrəm Mehtibəyova məxsus mağazada, 104 ünvanında ?Elvin market?də, ev 74A ünvanında Faiq İbrahimova məxsus mağazada, C.Naxçıvanski küçəsi, 13 nömrəli binanın yanında Niyar Əkbərovaya məxsus mağazada, B.Nuriyev küçəsi, ev 20/116F ünvanında ?Qardaşlar market?də, Rüstəmov küçəsi, 3 ünvanında Oruc Əliyevə məxsus mağazada, Sabunçu rayonunun Maştağa qəsəbəsində Nizami küçəsi, ev 10 ünvanında Fəxrəddin Rəşidova məxsus topdansatış obyektində, 28 ünvanında ?Murad market?də, H.Heybətov küçəsi, ev 2 ünvanında ?Real market?də, ev 13 ünvanında Nemətəli Mustafayevə məxsus mağazada, Xanlar küçəsi, ev 1 ünvanında ?Ruzi market?də, H.Heybətov küçəsində ?Ani market?də, Şəfail küçəsində ?24 saat market?də, Seyid İbad Ağa küçəsi, ev 1 ünvanında ?Savalan market?də, Zuvanov küçəsi, döngə 1 ünvanında ?Səma market?də, həmçinin, Nəsimi rayonunda 3-cü mikrorayon, A.Mustafayev küçəsi, ev 21, mənzil 18 ünvanında ?Göyçə? topdansatış obyektində, Gəncə şəhərində İ.Qayıbov küçəsi, 143 ünvanında Fəxrəddin Cəfərova məxsus ərzaq malları mağazasında, Ş.Bahəddin küçəsi ilə Vaqif küçəsinin kəsişməsində Ramil Cəlilova məxsus ərzaq malları mağazasında, Xətai prospekti, 22 ünvanında ?Luna market?də, Xaçmaz şəhərində N.Nərimanov küçəsində Zabil Quliyevə məxsus pərakəndə ticarət mağazasında ümumi çəkisi 1,6 tondan çox saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, makaron və un məmulatları, yağlar, süd və süd məhsulları, balıq, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, duz, uşaq yeməkləri düyü, çay, xardal və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA