?UNiBANK? göstərdiyi xidmətlər üzrə xanimlara güzəztlər dəstəsi hədiyyə edəcək

img

25-02-2010 [03:21]


?Unibank? ASC-də 8 Mart Beynəlxalq qadınlar gününə həsr edilmiş bayram kampaniyası başlayır. Mart ayının 1-dən 15-dək Bankın xidmət şəbəkəsi bəşəriyyətin gözəl yarısına göstərdiyi bütün xidmətlər üzrə bütöv güzəştlər dəstəsindən istifadə etməyi təklif edir. Belə ki, avtokreditləşdirilmə üzrə qadın proqramının əsas fərqli cəhəti faiz dərəcələrinin illik 20%-ə qədər azaldılması və kreditləşdirilmə dövrünün 3 ildən 5 ilə qədər artırılması oldu. Bu kampaniya çərçivəsində xüsusi olaraq qadınlar üçün kreditlə alınan avtomobil üzrə ilkin ödəniş onun dəyərinin 20%-ə qədər endirilir. Müstəsna olaraq qadın auditoriyası üçün nəzərdə tutulan güzəşt şərtlərinin sırasına avtomobilin kreditlə alınması zamanı bank komissiya haqlarının olmamasını da aid etmək olar. Depozit proqramları çərçivəsində hər bir yeni müştəri qadına ?Unibank?, əmanətlərin bütün sırası üzrə, artıq qüvvədə olan dərəcələrə əlavə olaraq, illik 1% təklif edir. Bu zaman güzəştli kredit dərəcələrlə kredit xəttinin açılması da nəzərdə tutulur. Plastik kartlarla kreditlər cəlb edən qadınlar üçün isə Bank illik 24%-ə bərabər olan eksklüziv faiz dərəcəsi tətbiq edəcək. Bundan əlavə, aksiyanın qüvvədə olduğu dövrdə, avtomobil sahiblərinin sıralarına daxil olmaq istəyən və ?Unibank?ın kredit kartlarını almış bütün xanımlara, ?MBASK? şirkətinın bədbəxt hadisələrdən sığorta polisləri hədiyyə olunacaq. Güzəştlər dəstəsinə həmçinin prestijli ?Viza Gold? və ?Mastercard Gold?, habelə ?Viza Platinum? və ?Mastercard Platinum? plastik kartları daxildilər. Onları pulzus əldə edən müştərilər özlərini dünyanın ən yaxşı pərakəndə ticarət şəbəkələrində daha rahat hiss edirlər, habelə ən məşhur və bahalı otellərdə, restoranlarda, avtosalonlarda, klublarda və s.-də güzəştlər alırlar. Bundan əlavə, ?Unibank?ın xidmət şəbəkəsində pul köçürmələrini rəsmiləşdirən gözəl cinsin bütün nümayəndələrinə, sığorta depoziti açılması olmadan, ?Viza Classic? və ya ?Mastercard Standard? plastik kartları hədiyyə ediləcək. Bayram kampaniyasının şərtləri üzrə təfsilatlı məlumat üçün müştərilər Bankın onlara ən yaxın yerləşdiyi filialına və ya şöbəsinə müraciət, eləcədə (012) 117 nömrəli telefona zəng vura bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA