Spiker Oqtay Əsədovun qohumu Nəqliyyat Nazirliyindəki yüksək vəzifəsindən çıxarıldı

img

23-02-2010 [05:21]


Azərbaycan Nəqliyyat Nazirliyinin tabeliyində olan ?Azərbaycan Dəmir Yolları? Qapalı Səhmdar Cəmiyyətində kadr islahatı aparılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, səhmdar cəmiyyətinin rəhbəri Arif Əsgərovun müavini Xeyrulla Hümbətov vəzifəsindən azad elidib. Onun işdən çıxarılmasına səbəb kimi aparılan struktur islahatları göstərilib. Belə ki, səhmdar cəmiyyətinin Nazirlər Kabineti tərəfindən fevralın 15-də təsdiqlənmiş nizamnaməsi ilə qurumda struktur islahatları aparılıb. Belə ki, kadr və sosial məsələlər üzrə müavin və yol-tikinti işləri üzrə müavin postları ləğv edilib. Məsələylə bağlı MİA-ya açıqlama verən ?Azərbaycan Dəmir Yolları? Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov bildirib ki, səhmdar cəmiyyətinin rəhbəriliyi ölkə başçısı tərəfindən təsdiqlənir: ?Xeyrulla Hümbətov sərd müavini vəzifəsinə təsdiqlənməyib. Yəqin ki, o, başqa vəzifəyə keçiriləcək. Onun hansı vəzifəyə təyin olunacağı ilə bağlı bizdə məlumat yoxdur?. Xatırladaq ki, islahatlar nəticəsində ?Azərbaycan Dəmir Yolları? QSC-nin sədr müavinlərinin sayı 6-dan 4-ə endirilib. Digər müavinlər vəzifəsində isə Əlirza Süleymanov, Qurban Nəzirov, Etibar Niftəliyev və İqbal Hüseynov çalışır. Məlumat üçün bildirək ki, Xeyrulla Hümbətov Yeni Azərbaycan Partiyası ?Azərbaycan Dəmir Yolları? QSC təşkilatının rəhbəridir. Həmçinin Xeyrulla Hümbətov Milli Məclisin sədri Oqtay Əsədovun yaxın qohumudur. O.Əsədovun qohumunun vəzifədə saxlanılması üçün yuxarı dairələrdən xahiş etdiyi, ancaq bunun nəzərə alınmadığı verilən məlumatlar içərisindədir. Bu barədə MİA-ya məlumat verən şəxsin iddiasına görə, nəqliyyat naziri Ziya Məmmədovun israrlı tələbindən sonra spikerin qohumunun vəzifədən getməsi qətiləşib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA