600 kiloqramdan çox saxlama müddəti ötmüz ərzaq məhsulu azkarlanıb

img

22-02-2010 [06:53]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda C.Naxçıvanski küçəsi, ev 64 ünvanında yerləşən ?Ayxan market?də, ?Rəşad market?də, C.Naxçıvanski küçəsi, 80, mənzil 3 ünvanında Həsrət Kazımova məxsus mağazada, C.Naxçıvanski küçəsi, 82 ünvanında ?Məhəllə market?də, ev 49A ünvanında ?Qarabağ market?də, C.Naxçıvanski küçəsi, 50 ünvanında ?Aycan market?də, Şərifli küçəsi, 2566-cı məhəllədə Elşən Məmmədova məxsus mağazada, Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 5 ünvanında ?Sərham market?də, Y.Əliyev küçəsi, 00/37 ünvanında ?Dayanacaq market?də, Y.Əliyev küçəsi, 00/37 ünvanında Elman Nəbiyevə məxsus mağazada, N.İsmayılov küçəsi, 2, mənzil 49 ünvanında ?Sevimli dad? MMC-yə məxsus ?Sevimli dad market?də, N.İsmayılov küçəsi, ev 59 ünvanında ?Portağal market?də, Dəmir yolu stansiyasında Fuad Həmidova məxsus mağazada, Bakıxanov qəsəbəsi, Gənclik küçəsində Qətibə Rzayevaya məxsus mağazada, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, ev 16 ünvanında ?Cavid market?də ümumi çəkisi 600 kiloqramdan çox saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, makaron məmulatları, yağlar, balıq və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, çay, kofe, quru meyvələr, düyü və s. aşkar olunub və satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA