Musa Quliyev ünvanlı sosial yardım sistemindən razıdır

img

17-02-2010 [02:55]


?Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar ciddi hüquqi bazaya əsaslanır. Bunun nəticəsində də bütün sahələr üzrə inkişaf və yüksəliş müşahidə olunmaqdadır?. Bu sözləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib. M.Quliyev bildirib ki, həm əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həm pensiya-sığorta sisteminin təkmilləşdirilməsi, həm də səhiyyə sahəsində islalahatların həyata keçirilməsi baxımından mühüm qanunvericilik aktları qəbul olunub. Komitə sədrinin müavini qeyd edib ki, ünvanlı sosial yardımların verilməsi aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımından ciddi addımdır. Onun sözlərinə görə, hər ailəyə verilən bu yardımın məbləği orta hesabla 110 manat civarındadır. M.Quliyev bildirib ki, bu sistemin şəffaflığı baxımdan Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən digər dövlətlər üçün nümunə kimi göstərilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA