Neft Fondunun direktoru ABŞ Konqresi Aparatının nümayəndələrini qəbul edib

img

16-02-2010 [05:16]


Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Bakıda səfərdə olan ABŞ Konqresi Aparatının nümayəndələrini qəbul edib. ARDNF-dan Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, ARDNF-in fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Suveren Fondlar, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə nümayəndə heyətinə məlumat verilib. Görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti vurğulanıb. Görüşün sonunda Ş.Mövsümov ARDNF-in fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA