Bakının mağazalarında 260 kq yararsız ərzaq məhsulları azkarlanıb

img

15-02-2010 [03:28]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq zamanı Bakının Yasamal rayonunda H.Zərdabi prospekti,89 ünvanında yerləşən ?Eksperimental market?də, Şərifzadə küçəsi,196 ünvanında Abbas Novruzluya məxsus mağazada, Nərimanov rayonunda Ə.Əliyev küçəsi,13 ünvanında yerləşən ?Şərur market?də, H.Əliyev prospekti,101A ünvanında ?V&M market?də, A.Molla Cümə küçəsi,7A ünvanında Natiq Hüseynova məxsus mağazada, Abşeron rayonunun Məhəmmədi kəndində ?Ramil market?də, ?Nicat market?də, ?Kral ət məhsulları? mağazasında, həmçinin Elməddin Əliyevə, Şakir Əliyevə və Hüseynbala Cəfərova məxsus mağazalarda ümumi çəkisi 260 kiloqrama yaxın saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, makaron məmulatları, yağlar, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, çay, düyü, uşaq yeməkləri, sirkə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA