Dünya bazarında neftin qiyməti qəflətən ucuzlazıb

img

12-02-2010 [05:44]


Bu gün dünya bazarlarında neftin qiymətində ucuzlaşma qeydə alınıb. Nyu-Yorkun NYMEX elektron satış birjasında WTİ markalı neftin bir bareli 2 faiz və ya 1, 48 dollar ucuzlaşaraq 73,80 dollar təşkil edib. Londonun İCE satış birjasında isə Brent markalı neftin bir bareli 1,35 dollar və ya 1,8 faiz düşərək 72,77 dollara satılıb. Qeyd edək ki, ?qara qızıl?ın qiymətinin belə düşməsinə səbəb dolların bahalaşması və ABŞ-ın neft ehtiyatlarının artacağı ilə bağlı məlumatlar olub. Xatırladaq ki, ötən gün dünya bazarlarında neftin qiymətində artım müşahidə olunub. Mütəxəssislər bunu Avropa ölkələri liderlərinin Yunanıstana yardım vədi fonunda investorların fəallığının artması ilə əlaqələndirib. Belə ki, London birjasında ?Brent Crude Oil? markalı neft 0,51 dollar bahalaşıb. Bu markadan olan ?qara qızıl?ın bir barelinin qiyməti 73,05 dollar təşkil edib. Nyu-York birjasında isə ?Light Sweet Crude Oil? markalı neftin bir barelinin qiyməti 0,76 dollar artaraq, 75,28 dollara çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA