600 kq saxlama müddəti ötmüz ərzaq məhsulları satızdan çıxarılıb

img

11-02-2010 [03:38]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, monitorinq zamanı Bakının Yasamal rayonunda Şərifzadə küçəsi, 51 ünvanında yerləşən ?Orxan market?də, Meyxanım Bağırovaya məxsus mağazada, 3154-cü məhəllədə Şərafət Kazımova məxsus mağazada, 3142-ci məhəllə, ev 48A ünvanındakı ?Gülgəz market?də, 3153-cü məhəllədə ?Qüdrət market?də, ev 130, mənzil 44 ünvanında Savalan Əliyevə məxsus mağazada, Suraxanı rayonunda Bazar küçəsi, 1 ünvanında Səbirə Məmmədovaya məxsus topdansatış obyektində, ?Q? yaşayış sahəsi, Mərkəzi Massivdə Arif İbrahimova məxsus ərzaq topdansatışı obyektində, Nərimanov rayonunda F.X.Xoyski prospekti, ev 110 ünvanında Fədail Həsənova məxsus mağazada, Nadir Ağalarbəyliyə məxsus mağazada, ev 108 ünvanında Afər İsmayılova məxsus mağazada, Nazim Abışova məxsus mağazada, Ə.Əlizadə küçəsi, ev 30, mənzil 18 ünvanında Gülnaz Xəlilovaya məxsus mağazada, T.Şıxəliyev küçəsi, ev 14 ünvanında Samir Qimatova məxsus mağazada, K.Rəhimov küçəsi, 26 ünvanında Nadir Məmmədova məxsus mağazada, Nəsimi rayonunda S.Rəhimov küçəsi, 207 ünvanında ?Altı-Qardaş? müəssisəsinə məxsus mağazada, S.Rüstəm küçəsi, 651-ci məhəllə, ev 60 ünvanında Kamran Rəhimova məxsus mağazada, N.Vəzirov küçəsi, ev 41 A/57, mənzil 27 ünvanında Solmaz Qasımovaya məxsus mağazada, S.Rüstəm küçəsi, ev 55 ünvanında ?Ruzi market?də, Azadlıq prospekti, ev 100 ünvanında Mehman Vəliyevə məxsus mağazada ümumi çəkisi 600 kiloqrama yaxın saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, un məmulatları, yağlar, süd və süd məhsulları, balıq, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, meyvə şirələri, sular, kofe, çay, göbələk və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati tədbirlər görüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA