Azərbaycanla Gürcüstan arasında gömrük sazizi imzalandı

img

10-02-2010 [03:21]


Bu gün Tiflisdə Gürcüstan və Azərbaycan arasında 2010-2011-ci illərdə gömrük cinayətləri ilə birgə mübarizəyə dair ikitərəfli razılıq əldə edilib. Sənədi Gürcüstan tərəfindən bu ölkənin maliyyə naziri İrakli Siradze və Azərbaycan Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev imzalayıblar. İmzalanmış sənədə əsasən, Azərbaycan və Gürcüstan tərəfləri gələcəkdə gömrük sahəsində baş verə biləcək hər hansı qayda pozuntuları barədə ikitərəfli informasiya mübadiləsi verəcək. Həmçinin bu sənəd qarşılıqlı effektiv addımların atılmasını nəzərdə tutur. Tərəflər qeyd edib ki, atılacaq bu addımlar Gürcüstan-Azərbaycan sərhədlərinin qorunmasını, həmçinin ixracatçı və idxalçıların işini xeyli yaxşılaşdıracaq. ?Gürcüstan ilk dəfədir ki, belə bir sənədə imza atır. Bu da çox sevindiricidir ki, həmin razılıq qonşumuz Azərbaycanla əldə olunub?, deyə Siradze bildirib: ?Biz əminik ki, əldə olunmuş bu razılıq iki ölkə arasındakı sərhədlərindəki vəziyyəti daha da yaxşılaşdıracaq və iş adamlarının işinin asanlaşdıracaq?. Ə. Abdullayev isə qeyd edib ki, birgə fəaliyyət bu gün iki ölkə arasında gömrük sahəsində yaranmış problemləri tam olaraq aradan qaldıracaq: ?Biz narkotrafiklərlə mübarizəyə böyük önəm veririk. Məhz bunun nəticəsində ötən ili Azərbaycan-Gürcüstan sərhədində Azərbaycandan Gürcüstana aparılan 320 kiloqram narkotik maddə saxlanılaraq məhv edilib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA