Vətəndaz cəmiyyəti təzkilatlarının bacarıqlarının artırılması layihəsinin icrasına bazlanıb

img

09-02-2010 [06:35]


İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Aralıq Dənizi Menecment Mərkəzinin tərəfdaşlığı, Avropa Komissiyasının dəstəyi ilə Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının bacarıqlarının artırılması layihəsinin icrasına başlayıb. Müstəqil İnformasiya Agentliyinin bu gün Azərbaycan Media Mərkəzində İSİM rəhbəri Vuqar Bayramov proqramın məqsəd və vəzifələrini açıqladı. V.Bayramov bildirdi ki, proqram vətəndaş cəmiyyəti təşkilatları üçün imkanların artırılması və ümumilikdə sektorun inkişafını dəstəkləmək məqsədi daşıyır: ?Məqsədlərə eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının bilik və bacarıqlarının artırılması, müvafiq qiymətləndirmə, inkişaf planlarının yaradılması, vətəndaş cəmiyyətinin üzləşdiyi əsas məsələlər üzrə məlumat və biliklərinin çoxaldılması, debatların sayının artırılması, Azərbaycan vətəndaş cəmiyyəti təşkilatı nümayəndələrinin bilik və bacarıqlarını inkişafı, hərtərəfli dinamik təlim proqramından yerli səviyyədə meydana çıxan təşəbbüsləri irəli çəkmək üçün üstifadə etmək daxildir? Məlum oldu ki, layihənin xüsusi məqsədi ölkədəki ictimaiyönümlü təşkilatların fəallığının, qərarvermə prosesində onların səlahiyyətlərinin artırılmasıdır. Aralıq Dənizi Menecment Mərkəzinin proqram rəhbəri Suha Vəkil bildirdi ki, layihə çərçivəsində Azərbaycan vətəndaş cəmiyyəti təşkolatlarına birlikdə çalışmaq üçün bir sıra imkanlar yaradılcaq: ?Təlimçilər üçün təlimlər, bir sıra vətəndaş cəmiiyəti təlimləri Minilliyinin inkişaf məqsədləri ilə bağlı seminar, beynəlxalq vətəndaş cəmiyyəti forumu bütün bunlar Azərbaycan vətəndaş cəmiyyətində inam və əməkdaşlıq mühitini formalaşdırmaq və yaxşı əlaqələr qurmağa xidmət edəcək?. Tədbirdə qeyd edildi ki, layihəni ictimayyətə, vətəndaş cəmiyyətinə və hökumət nümayəndələrinə daha açıq, əl çatan etmək üçün onlayn portal yaradılacaq. Bundan başqa buroşuralar çap edilib paylanılacaq. Vətəndaş cəmiyyəti forumunda hazırlanacaq və ictimailəşdiriləcək hesabat son benefisiarlara çatacaq. Məlumat üçün bildirək ki, Aralıq Dənizi Menecment Mərkəzi idarəetmə və davamlı inkişaf sahəsində ixtisaslaşmış beynəlxalq qeyri hökümət təşkilatıdır. Qurumun əsasən vətəndaş cəmiyyətinin gücləndirilməsi, təşkilatların institutsional inkişafının dəstəklənməsi üzrə işləri həyata keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA