?Parabank? öz müztərilərinə Card to Card xidmətini təklif edir

img

08-02-2010 [12:41]


Parabank ASC müştəri xidmət səviyyəsini yüksəltmək məqsədilə müştərilərinə daim yeni xidmət növlərini təklif edir. Plastik Kartlar sahəsində daim yeniliklər edən Parabank ASC bu gündən etibarən öz müştəriləri üçün daha yeni bir xidmət olan Card to Card (Kart Transfer) əməliyyatını təqdim edir. Bu xidmət vasitəsilə müştərilərimiz həm ATM-dən, həm də ?Mobil Bank? xidmətindən istifadə edərək kart hesabları arasında nağdsız köçürmələr edə bilərlər. Müştərilərimiz Visa Beynəlxalq Ödəniş sisteminin bütün növ məhsulları ilə (Biznes kartlar istisna olmaqla) həm Parabankın plastik kartları arasında, həm də AzəriCard şəbəkəsinə daxil olan bütün bankların kartları arasında Card to Card əməliyyatı apara bilərlər. Xidmətin ən üstün cəhətlərindən biri də odur ki, köçürülən məbləğ qarşı tərəfin kartına dərhal köçürülür. Qeyd edək ki, xidmət üzrə müştərilərimizdən komissiya haqları tutulur: 1.Xidmətin özünə görə 0.5 % ( min 0.5 AZN, USD, EUR) 2.Konvertasiya komissiyası 0.5 % Xidmətin özünə görə tutulacaq komissiya haqqı bütün hallarda köçürməni göndərən kartın sahibindən tutulur. Əməliyyatın valyutası köçürməni göndərən və ya köçürməni alan kartın valyutasından fərqli olduğu halda konvertasiya komissiyası valyutası fərqli olan kart sahibindən tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA