Məmur olmaq istəyənlər üçün onlayn sənəd qəbulu bazlayıb

img

08-02-2010 [12:17]


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə 5 fevral 2010-cu ildə elan edilmiş müsabiqədə iştirak etmək istəyən vətəndaşlar Komissiyanın vebsaytında (www.csc.gov.az və ya www.dqmk.gov.az) yerləşdirilmiş "Onlayn sənəd qəbulu" sistemi vasitəsi ilə sənəd verə bilərlər. Bu barədə Dövlət Komitəsinin məlumatında bildirilib. Onlayn sənəd qəbulu aşağıdakı mərhələlərdən ibarətdir: 1. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar Komissiyanın vebsaytında qeydiyyatdan keçməlidirlər. 2. Qeydiyyatdan keçdikdən sonra öz istifadəçi hesablarına daxil olaraq onlayn ərizə formasını doldurmalıdırlar. Onlayn ərizə forması yalnız istifadəçi hesabına daxil olduqdan sonra aktivləşir. 3. Onlayn ərizə forması doldurulduqdan sonra vətəndaş namizədliyinin qeydə alınması ilə bağlı tələb olunan bütün sənədlərlə birgə Komissiyaya gəlməlidir. 4. Komissiyada vətəndaşın elektron ərizədəki məlumatlar yoxlanılır və onların əsasında aşağıdakı sənədlər çap olunur: - Komissiya sədrinin adına ərizə - Namizədin ərizəsi Çap olunmuş sənədlər vətəndaş tərəfindən imzalandıqdan və digər sənədlərin qanuna uyğun olduğu təsdiqləndikdən sonra o, namizəd kimi qeydiyyatdan keçmiş hesab edilir. Vətəndaşın namizədliyi təsdiq edilənə qədər o onlayn ərizəsində istənilən dəyişikliklər edə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA