Neftin qiyməti 4 dollar azağı düzüb

img

05-02-2010 [05:19]


Dünya birjalarında neftin qiyməti dünən 3.84 dollar aşağı düşüb. Bu, son 4 ay ərzində neftin qiymətində müşahidə olunan ən böyük gündəlik azalmadır. Qiymətin düşməsinə səbəb kimi investorların ABŞ-dakı işsizliyin, Avropa ölkələrindəki borcun səviyyəsindən narahatlığı göstərilir. Dou Cons indeksi də dünənki günü son 7 ayın ən böyük itkisi ilə başa vurub. Dollar isə avroya qarşı dəyər qazanmaqda davam edir. Dolların məzənnəsi son 7 ayda özünün ən yüksək həddinə çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA