Bakının əksər rayonlarında izıqlar sönüb

img

05-02-2010 [11:39]


Bakı şəhərində güclü qarın yağması ilə əlaqədar paytaxtın Nizami, Xətai, Suraxanı rayonlarının elektrik enerjisi ilə təchizatı bu gün səhər saatlarından tamamilə dayandırılıb. Bundan əlavə, Bənəqədi və Sabunçu rayonlarının enerji təchizatı qismən dayandırılıb. ?Bakıelektrikşəbəkə? ASC-nin mətbuatxidmətindən verilən məlumata görə, istehlakçıların enerji ilə təchizatında müşahidə olunan fasilələr əsas istehsalçı olan ?Azərenerji? ASC tərəfindən elektrik enerjisinin Bakı şəhərinə verilməsində yaranmış problemlərlə bağlıdır. Hazırda bütün paytaxt ərazisində işıqsız qalmış yaşayış massivlərinin enerji təchizatının bərpa edilməsi üçün intensiv iş aparılır. Qeyd edək ki, dünən axşam saatlarından ?Bakıelektrikşəbəkə? gücləndirilmiş iş rejiminə keçib, yarana biləcək problemlərin həlli üçün qabaqcadan ehtiyatlar yaradılıb. ASC-dən verilən məlumata görə, havanın kəskin pisləşməsi ilə əlaqədar elektrik xətlərdə artıq yüklənmələr və bunun nəticəsində açılmlar müşahidə olunur. Lakin ciddi qəza hadisələri qeydə alınmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA