Bakıdadakı 15 mağazadan 380 kiloqrama yaxın vaxtı ötmüz ərzaq məhsulları azkarlanıb

img

04-02-2010 [04:30]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, monitorinq zamanı Bakıda şəhərində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Bakının Yasamal rayonunda Cəfərov Qardaşları küçəsi, ev 23 ünvanında yerləşən ?Moskva ərzaqları? mağazasında; F.İbrahimbəyov küçəsi, 2 ünvanında ?Bayram market?də; N.Nərimanov prospekti, ev 57/24 ünvanında Təranə Həsənovaya məxsus mağazada; N.Nərimanov prospekti, ev 58 ünvanında ?Halal market?də; H.Cavid küçəsi, ev 30, mənzil 32 ünvanında ?Təbriz market?də; İ.Qutqaşınlı küçəsi, ev 1, mənzil 28 ünvanında Şaiq Baqiyevə məxsus mağazada; Səbail rayonunda M.Hüseyn küçəsi, ev 69 ünvanında ?Home Tech market?də; M.Hüseyn küçəsi, ev 75 ünvanında ?Ləziz market?də; M.Hüseyn küçəsi, ev 63 ünvanında Əhməd Rzayevə məxsus mağazada; M.Hüseyn küçəsi, ev 61 ünvanında İlqar Əliyevə məxsus mağazada; Şeyx Şamil küçəsi, ev 16 ünvanında ?Aroma market?də; Şeyx Şamil küçəsi, ev 4 ünvanında Vüqar Məmmədova məxsus mağazada; B.Sərdarov küçəsi, ev 12, mənzil 4 ünvanında ?Biskvit market?də; B.Sərdarov küçəsi, ev 2, mənzil 14 ünvanında Böyükağa Hüseynova məxsus mağazada; Nərimanov rayonunda M.Qaşqay küçəsi, ev 94 ünvanında yerləşən ?Everest market?də ümumi çəkisi 380 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu məhsullar əsasən, kolbasa və qənnadı məmulatları, un məmulatları, yağlar, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, düyü, çay, ədviyyatlardan ibarətdir. Nazirlikdə bildirirlər ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA