?Bakıelektrikzəbəkə? borclu abonentlərə 2 gün vaxt verdi

img

03-02-2010 [04:31]


?Bakıelektrikşəbəkə? Açıq Səhmdar Cəmiyyəti (ASC) abonentlərdən istifadə etdikləri elektrik enerjisinə görə yaranmış borclarını tam şəkildə ödənilməsini xahiş edir. Bu barədə ASC-nin mətbuat xidmətindən MİA-ya daxil olan açıqlamada bildirilib. Ödəniş müddəti keçən, həmçinin ?Bakıelektrikşəbəkə? ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı fevralın 5-i saat 15:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq, qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək. Qeyd edək ki, borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin ASC-nin internet saytı (www.bes.az) vasitəsilə ?onlayn? olaraq həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA