Bakının mağazalarında istifadə müddəti ötmüz yararsız məhsullar azkarlanıb

img

01-02-2010 [06:11]


İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, monitorinq zamanı Bakıda şəhərində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Bakının Binəqədi rayonunda, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, ev 1 ünvanında yerləşən ?Bizim market?də; Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 76 ünvanında ?Mehriban market?də; Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi, ev 16 ünvanında Ramin Rəhimova məxsus mağazada; Nərimanov rayonunda, H.Əliyev küçəsi, ev 100 ünvanında yerləşən ?Dərnəgül market?də; H.Əliyev küçəsi, ev 90A ünvanında ?İntermarket? MMC-yə məxsus ?Paterson market?də; Aşıq Molla Cümə küçəsi, ev 15B ünvanında yerləşən ?Naf market?də; Atatürk prospekti, 47 ünvanında ?Ordubad market?də; Atatürk prospekti, 2A ünvanında ?Qurman Plyus? MMC-yə məxsus ?Çariçino market?də ümumi çəkisi 180 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb. Kolbasa və qənnadı məmulatları, yağlar, süd və süd məhsulları, pivə, meyvə şirələri, sular, düyü, qəhvə və digər məhsullardan ibarət mallar satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların saxlama müddətinə, etiketlənməsinə xüsusi diqqət yetirməyi tövsiyə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA