Pənah Hüseyn əhalinin 2010-cu ilədək olan izıq və su borclarının silinməsini istəyir

img

01-02-2010 [01:36]


Müsavat Deputat Qrupunun üzvü Pənah Hüseyn Milli Məclisin iclasında yeni təkliflə çıxış edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Pənah Hüseyn təklif edib ki, əhalinin 2010-cu ilədək olan qaz borcları dövlət hesabına ödənilib. Bunu işıq və su üçün də etsinlər. "Heç olmasa sayğac qoyulan müddətə qədərki borcları bağışlanılsın. Bu məsələ nizamlansın" - deyə P.Hüseyn əlavə edib. O, həbsdə olan jurnalistlərin məsələsini də qaldırıb. Bildirib ki, həbsdə olan jurnalistlər azad olunmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA