Statistika Komitəsinin sədri Arif Vəliyev kadr islahatları aparacaq

img

30-01-2010 [01:11]


Dünən Dövlət Statistika Komitəsində Arif Vəliyevin sədrliyi ilə 2009-cu ilin yekunlarına dair iclas keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Arif Vəliyev bir sıra idarə rəisləri ilə bağlı sərt çıxış edib. MİA-ya məlumat verən komitə əməkdaşlarından birinin sözlərinə görə, iclasda çıxış edən A.Vəliyev Quba və Yardımlı rayonlarının Statistika idarələrinin rəislərinin fəaliyyətində ciddi nöqsanların olduğunu bildirib və qeyd edib ki, fəaliyyətində bu cür nöqsanlar olan rəislər işdən çıxarılmalıdır. Komitə sədri Statistika Komitəsinin Bakıdan gedən yoxlamaların rəylərinə hörmətsiz yanaşdığını qeyd edərək, bununla bağlı ciddi ölçü götürəcəyini də vurğulayıb. A.Vəliyev Quba rayon Statistika İdarəsində də ciddi nöqsanlara yol verildiyini dilə gətirərək, bu barədə də sərt addımların atılacağını deyib. Bundan əlavə, Gədəbəy rayon Statistika İdarəsinində də ciddi nöqsanların olduğu əsas gətirilərək, idarə rəisinə töhmət verildiyi qeyd olunur. Laçın, Tərtər, Xızı, Siyəzən, Xocalının rəislərinin isə əmək haqlarının 30 faizi saxlanılmaqla fəaliyyətlərində nöqsanların aradan qaldırılmasına görə 6 ay vaxt verilib. Bizi bilgiləndirən şəxs onu da bildirib ki, məsələ bununla bitməyəcək Arif Vəliyev yaxın günlərdə komitədə ciddi kadr islahatları aparacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA