Pul köçürmələri bazarında ?unibank?ın dövriyyəsi son iki il ərzində ikiqat artıb

img

29-01-2010 [05:18]


Fiziki şəxslərin pul köçürmələri üzrə ?Unibank? ASC-nin dövriyyəsi 2009-cu ildə 27,5% artaraq 25,5 milyon manata çatıb. Bankın filialları və şöbələri vasitəsilə son il ərzində, hesab açılmadan, 45 603 pul köçürməsi həyata keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Unibank?da fəaliyyət göstərən pul köçürmələri sistemləri vasitəsilə ölkə hüdudlarından kənara, dollar əkvivalentində, 5,26 milyon göndərilib, 26,45 milyon isə alınıb. Pul köçürmələri seqmentində Bankın orta aylıq dövriyyəsi 67%, gəliri isə 1,6 dəfə artıb. ?Azərbaycanda pul köçürmələrinin həcminin azalmasına baxmayaraq, bank xidmətləri bazarının bu seqmentində bizim dövriyyəmiz son iki il ərzində təxminən ikiqat artmışdır?, - deyə ?Unibank?ın pərakəndə biznesin inkişafı üzrə Meneceri Güney Axundova qeyd edir. Onun sözlərinə görə, müxtəlif pul köçürmələri sistemləri çərçivəsində Bankın müştəriləri ABŞ Dolları, Avro və Rus Rublu ilə vəsait ala və göndərə bilərlər. ?Təklif etdiyimiz pul göndərmələrinin və alınmalarının klassik sisteminə müştərilər tərəfindən ehtiyac duyulur, çünki bu köçürmələri ani olaraq yerinə yetirməyə imkan verən müasir texnologiyalarla həyata keçiririk?, - G.Axundova belə hesab edir. ?Hər gün Bankın xidmət şəbəkəsi vasitəsilə fiziki şəxslər tərəfindən, hesab açılmadan, orta hesabla 220 pul köçürməsi aparılır. Üstünlüklərdən biri ? ?Unibank?-da 1,2%-dən başlanan tariflərdir?, - deyə o qeyd etdi. ?Unibank?da pul köçürmələri sistemləri vasitəsilə vəsaitlərinin göndərilməsi və ya alınması zamanı müştərilər əlavə bonuslar almaq imkanı əldə edirlər. Belə ki, gün ərzində Bankda 500$/500EUR (və ya 20 000 RUR) və daha artıq məbləğdə pul vəsaiti göndərən və alan bütün müştərilər mobil telefon üçün skreç-kart (kontur kartı) şəklində bonus alırlar. Bu aksiya Bankın Gəncə, Sumqayıt, Şəmkir, Quba, Mingəçevir və Şəkidəki regional filiallar da daxil olmaqla bütün 23 filialında və ?Gənclik? şöbəsində qüvvədədir. Xatırladaq ki, bu gün ?Unibank? yeddi beynəlxalq pul köçürmələri sistemi ilə - ?Western Union? (2000-ci ildən), ?Bıstraya Poçta? (2005-ci ildən), ?CONTACT? (2006-cı ildən), ?Faster? (2007-ci ildən), ?XPmoney? (2007-ci ildən), ?Migom? (2008-ci ildən) və ?LİDER? (2009-cu ildən) ? işləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA