Azərbaycanda ilk dəfə zəkərli diabetlər üçün məhsul standartı qəbul edilib

img

28-01-2010 [01:11]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ?Diabetik təbii meyvə şirələri? adlı AZS 399 standartını qəbul edib. Bu standart meyvə və giləmeyvələrdən hazırlanan, şəkərli diabetlərin qidalanmasına icazə verilən şəkərəvəzedicilər əlavə edilmiş təbii şirələrə şamil edilir. Dövlət Komitəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumatına görə, AZS 399 standartı əsasında istehsal olunan meyvə şirələrinin üzərində ?Məhsul şəkərli diabetlər üçündür. Pəhriz həkiminin təyininə müvafiq olaraq istifadə edin? cümlələri yazılacaq. Şirələrin saxlama müddəti 24 ay nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA