Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində zəxsi hesabı olan sığortaolunanların sayı 1 641 064 nəfər təzkil edir

img

27-01-2010 [12:35]


?01.01.2010-cu il tarixə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 900 851 nəfəri kişi, 740 213 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 444 146 nəfərini əhatə edir?. Müstəqil Informasiya Agentliyinin xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur. Məlumatda bildirilir ki, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 359 281 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 369 166 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 330 848 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 137 623 nəfər təşkil edir. Qeyd edək ki, 2009-cu il ərzində DSMF-nin fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 10 faiz artıb. İl ərzində ?2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı?na uyğun olaraq görülən tədbirlər nəticəsində məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi daha da genişlənib. Belə ki, 2009-cu ildə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 149 604 nəfər artaraq, 1 641 064 nəfərə catıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA