Dövlət Neft Fondu əmanətlərin qızılla yerləzdirilməsini məqbul saymır

img

26-01-2010 [05:57]


[b]?Dünyada qızılın qiymətinin artmasına baxmayaraq, Dövlət Neft Fondu öz vəsaitləri qızlda yerləşdirməsini məqbul hesab etmir?[/b] Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov fondun vəsaitlərinin qızılla yerləşdirilməsi ehtimalına münasibət bildirərkən deyib: ?Biz öz portfelimizdə əmtəə məhsullarına investisiya etmirik. Bunun fəlsəfəsi ondan ibarətdir ki, biz ölkənin bütün sərvətlərinə birlikdə baxırıq. Yəni yer altında olan neft artıq bizim sərvətimizdir. Hesab edirik ki, həmin əmtəə məhsullarına böyük həcmdə vəsaitlərimizi qoymuşuq. Dövlət Neft Fondunun vəsaitləri hesabına yenə də əmtəə məhsulu almaq risklərin bir yerə cəmləşməsi deməkdir. Ona görə də həmin fəlsəfədən çıxış edərək, nə əmtəə məhsullarına, nə də enerji şirkətlərinin borc ödəyicilərində vəsait yerləşdirilmir?. Ş.Mövsümov onu da bildirib ki, hazırda ölkənin payına düşən qızılın hansı quruma verilməsi və saxlanılması ilə bağlı müzakirələr gedir: ?Neft Fondunun hazırkı əsasnaməsinə uyğun olaraq, qızıldan gələn gəlirlər Neft Fondunun formalaşma mənbələrinə aid deyil. Yəqin ki, bu yaxınlarda müzakirələrin sonu olaraq qərar qəbul ediləcək və əgər Neft Fondu olacaqsa, bu gəlirlərimizdə öz əksini tapacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA